CƏMİYYƏT


Orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qeydiyyatı başa çatır VİDEO

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyat avqustun 30-da saat 17:00-dək davam edəcək.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, avqustun 30-da saat 11:00-a olan məlumata görə, tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul olan 6 min 838 abituriyentdən 5 min 526 nəfəri qəbul olduğu təhsil müəssisəsində qeydiyyatdan keçib. 1312 abituriyent isə qeydiyyatdan keçməyib.

Göstərilən vaxtadək abituriyentlər sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilməsindən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri orta ixtisas məktəbinə göndərilməyəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.