CƏMİYYƏT


Orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinə qəbul başlanır VİDEO

A+ A

Bakı, 2 avqust, AZƏRTAC 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) ümumi orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerləri üzrə avqustun 2-dən 8‑dək internet vasitəsilə ixtisas seçimi elan edir.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, ixtisas seçiminə ümumi balı 16-dan və hər bir fənn üzrə balı 8-dən az olmayan və orta ixtisas təhsili müəssisələrinə qəbul olunmayan və ya qəbul olunduğu təhsil müəssisəsində müəyyənləşdirilmiş vaxtda qeydiyyatdan keçməyən abituriyentlər buraxılırlar. İmtahan nəticələrinə görə orta ixtisas təhsili müəssisələrinə qəbul olunub qeydiyyatdan keçən abituriyentlərin boş qalan yerlərə keçirilən müsabiqədə iştirak hüququ yoxdur.

İxtisas seçmək hüququ olan abituriyent orta ixtisas təhsili müəssisələrinin dövlət hesabına və ödənişli əsaslarla olan 12-dək ixtisas kodunu seçib www.eservices.tqdk.gov.az/erizetex/ixtisas2 internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”ni doldurmalı və təsdiqləməlidir.

Boş qalan ixtisasların siyahısı “Abituriyent” jurnalının xüsusi buraxılışında təqdim olunub.

İxtisas kodlarının ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Müsabiqə zamanı həmin ardıcıllıq hüquqi əsas kimi nəzərə alınır və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinə yerləşdirilir. Elektron ərizəsini təsdiqləməyən abituriyentlər müsabiqəyə buraxılmayacaqlar.

Xüsusi qabiliyyət tələb edən ixtisasları (bədən tərbiyəsi və idman istiqamətinin ixtisasları istisna olmaqla) yalnız TQDK-nın təşkil etdiyi Yaradıcılıq Qabiliyyətinin Yoxlanılması Komissiyaları tərəfindən iyulun 9-dan 13-dək keçirilən qabiliyyət imtahanlarından “məqbul” alan abituriyentlər seçə bilərlər. Bədən tərbiyəsi və idman istiqamətinin ixtisaslarını yalnız bu ixtisasların aid olduğu komissiya üzrə mayın 20-dən iyunun 2-dək eservices.tqdk.gov.az/erizetex/ qabiliyyet internet səhifəsində qeydiyyatdan keçən abituriyentlər seçə bilərlər. Abituriyentlər xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.