İQTİSADİYYAT
Ortamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib
Bakı, 18 iyul, AZƏRTAC
İyulun 18-də Bakı Fond Birjasında (BFB) Maliyyə Nazirliyinin manat nominallı, AZ0105006552 ISIN kodlu, 728 gün tədavül müddətli, 5 milyon manat həcmində ortamüddətli, faizli (15 faiz illik) dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
BFB-dən AZƏRTAC-a bildiriblər ki, hərrac zamanı 9 investor tərəfindən 18 sifariş təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 28,119,000.00 manat olub.
Sifarişlər 100.0043 manat (14.9974 faiz) və 104.3067 manat (12.5000 faiz) qiymət intervalında təqdim edilib. Hərracın yekunları üzrə bağlanılmış əqdlərin kəsmə qiyməti 103.4000 manat (13.0147 faiz), orta ölçülmüş qiyməti 103.7711 manat (12.8033 faiz) təşkil edib.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar iyulun 19-da həyata keçiriləcək.
İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi 5,000,000.00 manat təşkil ediləcək. İstiqrazlar 2019-cu il iyulun 16-da ödəniləcək.