Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Ortaq maraqlardan çıxış etmək Türkiyə və Azərbaycan mediasının əsas vəzifəsidir VİDEO

Bakı, 11 dekabr, C.Rüstəmov, X.Məmmədov, AZƏRTAC

Azərbaycan və Türkiyə media qurumlarının əlaqələrinin daha da möhkəmləndirilməsi günün tələbidir. Qardaş ölkələrimizin kütləvi informasiya vasitələri dövlətlərimizin ortaq maraqlarından çıxış etməlidirlər.

AZƏRTAC xəbər verir ki, bu fikir dekabrın 11-də Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramı çərçivəsində Beynəlxalq Mətbuat Mərkəzində keçirilən “Türkiyə və Azərbaycan mediası: tarixi müqayisələr və ənənəvi mediadan onlayn mediaya keçid” mövzusundakı konfransda səslənib. Konfrans Mətbuat Şurası, Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu, Türkiyənin ölkəmizdəki səfirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), TRT-nin və Anadolu Agentliyinin Bakıdakı nümayəndəliklərinin təşkilatçılığı ilə keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad olundu.

Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov müasir dövrdə onlayn medianın önəmindən danışaraq, konfransda ənənəvi mediadan onlayn mediaya keçid zamanı qarşıya çıxa biləcək problemlərin, onların həlli yollarının və birgə fəaliyyət məsələlərinin araşdırılacağını bildirdi. Diqqətə çatdırıldı ki, konfrans Türkiyə və Azərbaycanın, eləcə də türkdilli ölkələrin və xalqların media qurumları arasında əlaqələri daha da möhkəmləndirmək məqsədi daşıyır.

Sonra Azərbaycan Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxış edərək dedi: “Dövlətlərimiz vahid mövqedən çıxış edirsə, diaspor təşkilatlarımız, səfirliklərimiz mütəmadi olaraq qarşılıqlı fəaliyyət göstərirlərsə, Azərbaycan və Türkiyə prezidentləri İlham Əliyev və Rəcəb Tayyib Ərdoğan bütün məsələlərdə ölkələrimizin maraqları naminə vahid hədəflər uğrunda addımlar atırsa, nə üçün bizim media orqanları da birgə fəaliyyət göstərməsin? Sizə bir faktı xatırladım. Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində keçirilən tədbirdə forpost dövlət olan Ermənistanın prezidenti Serj Sarkisyan Türkiyənin əleyhinə danışarkən, Azərbaycan Prezidenti onun sözünü kəsdi və dedi ki, “Türkiyə burada yoxdur, mən varam və sizin cavabınızı da mən verəcəyəm”. Təkcə bu sözlərin özü bu gün Azərbaycanın və Türkiyənin dövlət başçıları, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olduğunu göstərir”.

1998-2000-ci illərdə Azərbaycana ən böyük yatırımların Türkiyə tərəfindən qoyulduğunu deyən Əli Həsənov bildirdi ki, ölkəmiz neftdən əldə olunan gəlirlər sayəsində özünün iqtisadi durumunu yaxşılaşdırdıqdan sonra həm də xaricə sərmayələr qoymağa başlayıb. O dedi: “Azərbaycan ən böyük yatırımlarını Türkiyə iqtisadiyyatına qoyub. Azərbaycan dövləti Türkiyə iqtisadiyyatına 20 milyard dollar sərmayə yatırır. Bu da Azərbaycan neftinin qardaş ölkəyə gətirdiyi üstünlüklərdir ki, Türkiyədə çoxlu sayda iş yeri açılıb. Düşünürəm ki, jurnalistlər də dövlətlərimizin strateji xəttini qoruyaraq, prezidentlərimizin yürütdüyü siyasətdən və ulu öndərlərimiz Mustafa Kamal Atatürkün və Heydər Əliyevin müəyyənləşdirdiyi təməl prinsiplərdən çıxış edərək, ölkələrimizin maraqlarını qorumalıdırlar. Media texnologiyalarının hansı səviyyədə dəyişməsindən asılı olmayaraq, hər iki ölkənin jurnalistləri ortaq maraqlardan çıxış etməlidirlər”.

Əli Həsənov qeyd etdi ki, hazırda media transformasiya mərhələsini yaşayır, ənənəvi media strukturları yerini modern media strukturlarına verir. Bu da ondan irəli gəlir ki, müasir dövrdə ənənəvi ünsiyyət forması saxlanmaqla, həm də virtual ünsiyyət forması sürətlə inkişaf edir. Buna müvafiq olaraq həm Azərbaycan, həm Türkiyə getdikcə modernləşir, hər iki ölkənin mövcud strukturları, o cümlədən media müasir çağırışlara uyğunlaşır. Jurnalistlər unutmamalıdırlar ki, hansı şəraitdə, hansı texniki vasitələrlə, hansı maddi və mənəvi mühitdə fəaliyyət göstərməsindən asılı olmayaraq, onlar dövlətlərimizin, xalqlarımızın maraqlarını nəzərə almalı və bu maraqların təmin olunmasına töhfələrini verməlidirlər.

Jurnalistikanın böyük qüvvə olduğunu deyən ulu öndər Heydər Əliyevin jurnalistlərin fəaliyyətini yüksək qiymətləndirdiyini vurğulayan Əli Həsənov bildirdi: “Ulu Öndər deyib ki, əgər bu gün jurnalistlərin fəaliyyəti olmasa, bizim həyata keçirdiyimiz tədbirlər və idarəçilik strukturlarının gördüyü işlər barədə məlumatlar insanlara çatdırıla bilməz. Əgər insanlara çatdırıla bilməzsə, deməli, insanlar bu fəaliyyəti dəyərləndirə bilməyəcəklər. Jurnalistlər hakimiyyətlə cəmiyyət arasında sıx əlaqə vasitəsidir və hakimiyyətin siyasətini xalqa, xalqın da idarəçiliklə bağlı rəyini hakimiyyətə çatdıraraq qarşılıqlı əlaqəni təmin edir. 1993-cü ildən sonrakı dövrdə söz və məlumat azadlığının inkişaf etdirilməsi istiqamətində atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycan KİV-ləri bölgənin aparıcı media strukturlarına çevrilib. İndi Azərbaycan jurnalistlərinin səsi bütün dünyadan gəlir”.

Bir neçə gün bundan əvvəl Tehranda İslam Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin informasiya nazirlərinin 10-cu iclasında iştirak etdiyini xatırladan Əli Həsənov bildirdi ki, Azərbaycanın təşəbbüsü ilə İslam Ölkələri Jurnalistlər Birliyinin yaradılması və onun təsis qurultayının Bakıda keçirilməsi barədə təşəbbüs dünyanın 50-dən artıq dövləti tərəfindən yüksək qiymətləndirilib.

Müsəlman ölkələrində baş verən hadisələrin dünyaya doğru, düzgün çatdırılmasında jurnalistlərin rolundan danışan Əli Həsənov dedi: “Biz bu informasiyaları hələ də CNN, BBC və digər transmilli qurumlardan alırıq. Amma yayılan informasiyaların araşdırılması baş vermiş hadisələrlə təqdim olunan xəbərlər arasında ciddi uyğunsuzluğun olduğunu, obyektiv reallığın əsas cizgilərinin əksini tapmadığını göstərir. Misirdə, İranda, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində, Fələstində, Yəməndə, Tunisdə və digər müsəlman ölkələrində baş verən hadisələr məgər o transmilli xəbər orqanlarının təqdim etdiyi kimidirmi? Məgər bütün dünya ölkələri baş verən hadisələri o qurumların jurnalistləri kimi düşünürmü? Əlbəttə ki, yox. Amma bizim ölkələrin jurnalistləri dağınıq fəaliyyət göstərir, bəzən səsimizi ölkəmizdən kənara çıxara bilmirik. Bu da ona gətirib çıxarır ki, dünyada müsəlman dövlətləri, müsəlman xalqları haqqında qərəzli rəy formalaşdırılır. Bu ölkələr, xalqlar terrorizm məkanı və terrorçu dövlətlər, sivil normalardan uzaq insanlar kimi təqdim olunur. Amma yaxşı bilirik ki, İslam dini bəşər sivilizasiyasına hansı dəyərləri, hansı üstünlükləri gətirib. İslam sivilizasiyasının Yer kürəsinə, insanlar və millətlər arasına gətirdiyi dəyərlərin çoxu bu gün başqa ad altında dünyada təbliğ olunur. Lakin İslam ölkələri terrorizmi dəstəkləyən, öz daxilində və bir-biri arasında nizam yarada bilməyən xalqlar, dövlətlər kimi təqdim edilir. Bu anlamda, əlbəttə jurnalistlərin qarşısında çox mühüm vəzifələr durur”.

Əli Həsənov bildirdi ki, bir neçə il bundan əvvəl bəzi Qərb dairələri Türkiyə-Ermənistan sərhədlərinin açılması kampaniyasını başlayarkən, Azərbaycan və Türkiyə mediası güclü iradə ortaya qoydu, hətta dövlət rəsmilərinə nümunə göstərdi: “Baxın, ABŞ kimi bir dövlət bütün avropalı müttəfiqlərini səfərbər edərək, Azərbaycanın ərazilərinin işğal altında olduğunu qulaqardına vuraraq, ikili standartlardan çıxış edərək, Türkiyə ilə Ermənistanın sərhədlərini açmaq istəyirdi. Bu sərhədlərin bağlanması səbəbini hamınız bilirsiniz. Türkiyə qardaş dövlət kimi Azərbaycan torpaqlarını işğal edən Ermənistana sərhədini açmayacağını, onunla heç bir diplomatik, iqtisadi, siyasi, sosial münasibətlər yaratmayacağını, işğala son qoyulmayana qədər onunla heç bir münasibət qurmayacağını hələ 1993-cü ildə bəyan edib və sərhədləri bağlayıb. Bu siyasətin bu günə qədər də davam etməsi Türkiyə xalqının, dövlətinin iradəsidir. Bu xalqın və dövlətin iradəsinə təsir göstərməyə çalışan beynəlxalq qüvvələr bilməlidirlər ki, qarşılarında təkcə hakimiyyət strukturlarını deyil, xalqların, dövlətlərin və onların iradəsinin təmsilçiləri olan jurnalistləri görəcəklər”.

Prezident Administrasiyasının rəsmisi dedi: “Biz qardaş ölkələrimizin media qurumları arasında əlaqələrin daha da möhkəmlənməsini istəyirik. Əminəm ki, hər iki ölkənin jurnalistləri indiyədək olduğu kimi, bundan sonra da bütün səviyyələrdə öz güclərini birləşdirəcəklər”.

Türkiyə və Azərbaycan jurnalistlərinin qarşılıqlı təcrübə mübadiləsini, ixtisasartırma kurslarının təşkilini təqdirəlayiq olduğunu bildirən Əli Həsənov, qardaş ölkələrimizin media qurumlarının bütün məsələlərdə həm müvəffəqiyyətləri, həm də problemləri bölüşmək gücündə olduğunu vurğuladı.

Türkiyənin dünyada özünün hərbi, ideoloji, siyasi, iqtisadi gücü ilə mühüm bir yer tutan dövlət olduğunu və Azərbaycanın da bu gün Türkiyənin gücünə güc qatacaq bir səviyyədə inkişaf etdiyini diqqətə çatdıran Əli Həsənov dedi: “Bu gün Azərbaycan və Türkiyə vahid maraqlar uğrunda bir birlik formalaşdırıblar. Bu birlik heç kimin maraqlarını təhdid etmir, heç bir xalqa, dövlətə, dinə və etnik struktura qarşı yönəlməyib. Biz öz varlığımızı qoruyuruq və istəyirik ki, dünyada da bizim dinimizə, dilimizə, mədəniyyətimizə, maddi-mənəvi dəyərlərimizə hörmətlə yanaşsınlar. Biz öz ərazilərimizin bütövlüyü uğrunda mübarizə aparırıq, heç kimin torpağında gözümüz yoxdur. Amma, eyni zamanda, tələb edirik ki, bizim də ərazi bütövlüyümüzə hörmətlə yanaşsınlar. Azərbaycan və Türkiyə qarşılıqlı şəkildə dünyaya verdiklərinin əvəzini istəyir”.

Türkiyənin Bakıdakı səfirliyinin mətbuat müşaviri Hamit Karadəniz çıxış edərək dedi ki, media əlaqələrinin daha da dərinləşdirilməsi, təcrübə mübadiləsinin aparılması çox önəmlidir. Səfirlik yalnız media sahəsində deyil, digər sahələrdə də əlaqələrin genişləndirilməsini davam etdirəcək. Belə konfransların keçirilməsi əməkdaşlığın möhkəmlənməsinə töhfəsini verəcək.

TİKA-nın Bakı proqramı üzrə əlaqələndiricisi Mustafa Haşim Polat isə Türkiyə-Azərbaycan Media Əməkdaşlıq Proqramı barədə məlumat verdi, qardaş ölkələrimizin mətbuat qurumlarının birgə fəaliyyət göstərməsinin vacibliyini vurğuladı. Qeyd olundu ki, müasir dünyada rəqəmsal media ənənəvi medianı kölgədə qoyur. Bu baxımdan konfransın bu mövzuya həsr olunması çox əhəmiyyətlidir. Bu istiqamətdə işlər gələcəkdə də davam etdiriləcək və inanıram ki, öz müsbət nəticələrini verəcək.

TRT kanalının baş direktoru Şenol Göka çıxış edərək bildirdi ki, Azərbaycandakı hadisələr hər zaman Türkiyə mediası üçün gündəm olub və bu, belə də davam edəcək. Media qurumlarının əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayan Şenol Göka, ölkələrimiz arasında media tədris mərkəzinin yaradılması təklifi ilə çıxış etdi. Diqqətə çatdırdı ki, bu mərkəz vasitəsilə jurnalistlərimiz arasında təcrübə mübadiləsini genişləndirmək, birlikdə güc yaradaraq, bütün dünyaya bu gücü tanıtmaq və təsir göstərmək olar.

Sosial media barədə də danışan TRT kanalının baş direktoru bildirdi ki, yeni media deyilən xəbər forması gələcəkdə də öz üstünlüyünü saxlayacaq. Ancaq sosial medianın üstünlüyünün və onun təsirinin nə qədər çəkəcəyi məlum deyil.

1920-ci ildə yaradılan və hazırda 8 dildə xəbər yayan Anadolu Agentliyinin rus dili üzrə yayım mərkəzinin Azərbaycanda yerləşməsindən qürur duyduğunu bildirən agentliyin baş direktor müavini Əbubəkir Şahin ölkələrimizin media strukturlarının qarşılıqlı əlaqələrinin möhkəmləndirilməsinin zəruriliyini vurğuladı. Anadolu Agentliyinin imkanlarından danışan Ə.Şahin innovativ texnologiyalardan istifadənin üstünlükləri barədə məlumat verdi, hər iki ölkənin jurnalistlərinin əməkdaşlığı üçün geniş imkanların olduğunu diqqətə çatdırdı.

Ə.Şahin sonda konfrans iştirakçılarını “Heydər Əliyev Anadolu Agentliyinin və AZƏRTAC-ın obyektivlərində” adlı fotosərgiyə dəvət etdi.

“Haber 7.com” portalının rəhbəri İbrahim Ərdoğan, APA Holdinqin rəhbəri Vüsalə Mahirqızı, Ankara Qazi Universitetinin jurnalistika fakültəsinin dekanı Zakir Avşar, Bakı Dövlət Universiteti jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və başqaları çıxış edərək, qardaş ölkələrimiz arasında media əlaqələrinin inkişaf etdirilməsinin önəmindən danışdılar. Bildirildi ki, jurnalistlər dünya mediasında ölkələrimizə qarşı yönəlmiş qərəzli informasiyaların qarşısının alınması üçün birgə fəaliyyət göstərməli, milli maraqları qorumalı və vahid mövqedən çıxış etməlidirlər.

Sonda konfrans iştirakçıları adından Türkiyə və Azərbaycan jurnalistlərinə müraciət ünvanlandı.

Ortaq maraqlardan çıxış etmək Türkiyə və Azərbaycan mediasının əsas vəzifəsidir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin may ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

Çinin “Şencou-18” missiyasının astronavtları kosmik stansiyaya çatıb

Qərbi Azərbaycan İcması bəyanat yayıb

Astarada avtoxuliqanlıq edən sürücülər həbs olunub

Çin ABŞ-dən “qırmızı xətt”i keçməməyi tələb edir

36 azərbaycanlı tələbə İsveç İnstitutunun təqaüdünü qazanıb

Füzuli sakini: Arzu edirəm bütün məcburi köçkünlər öz doğma el-obalarına qayıtsınlar

Aprelin 26-sı Beynəlxalq Əqli Mülkiyyət Günüdür

Keçmiş məcburi köçkün: Füzuliyə qayıtdığım üçün sevincimin həddi-hüdudu yoxdur

Füzuli şəhərinə növbəti köç karvanı yola düşüb

ABŞ qoşunlarının bir hissəsini Çaddan çıxarır

Şimali Koreya yeni yaylım atış sistemini sınaqdan keçirib

Alimlər Kolumbiyada daşlaşmış nəhəng tısbağa qalıqları tapıblar

“Voyager 1” zondu uzun fasilədən sonra Yerə siqnal göndərib

İqlim dəyişmələri: İmperator pinqvinləri populyasiyasının 99 faiz azalacağı proqnozlaşdırılır

Rus kosmonavtlar açıq kosmosda 4 saatdan çox vaxt keçiriblər

Azərbaycanlı yazıçıya Aytmatov medalı təqdim edilib

Premyer Liqa: "Mançester Siti" darmadağınla üç xalı qazanıb

ÜST: Yeniyetmələrin siqaret aludəçiliyi səhiyyəyə təhdid yaradır

Görkəmli bəstəkar Nəriman Məmmədova həsr olunmuş xatirə gecəsi keçirilib

Azərbaycanın boks millisi Avropa çempionatını iki medalla başa vurub

Kişi şahmatçılar arasında ölkə çempionatının qalibi bəlli olub

Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazır olduğunu ifadə edib

Azərbaycan paraüzgüçüsü Avropa Açıq Çempionatında üçüncü medalını qazanıb

Azərbaycan boksçusu Avropa çempionatında üçüncü yeri tutub

Prezident İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib VİDEO

Britaniya Kral Hərbi Donanmasına məxsus gəmi husilərin raketini vurub

Gürcüstan hakimiyyəti Avropa Parlamentinin qətnaməsini sərt tənqid edib

Azərbaycan Basketbol Liqası: "Xırdalan" müntəzəm mövsümün son oyununda qalib gəlib

Azərbaycan cüdoçusu Avropa çempionatında gümüş medala yiyələnib

Milli Məclisin sədri Sahibə Qafarova Monteneqroya rəsmi səfərə gedib

Vüqar Rəhimzadə: Azərbaycan ölkələr arasında körpülərin qurulmasında əsas rola malikdir - ŞƏRH

Böyük Britaniya İrana qarşı yeni sanksiyalar tətbiq edib

Gürcüstan müxalifəti yeni mitinq elan edib

® “Kapital Bank” Azərbaycanın Bankçılıq Missiyasının ABŞ-a ilk işgüzar səfərində iştirak edib

Qəbələdə növbəti Aqrar Biznes Festivalı keçirilib

Bakıda “Azərbaycan Arbitraj Günləri” adlı beynəlxalq tədbir başlayıb

® “Bakcell” ilə innovasiya dövrü başlayır!

Şəkidə vətəndaşların dini məsələlərlə bağlı müraciətləri dinlənilib

BMT-nin sessiyası çərçivəsində Azərbaycan ombudsmanının növbəti hesabatı ilə bağlı dinləmə keçirilib

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri kollektivə təqdim edilib

Əlcəzair parlamentarisinə Azərbaycanın müstəqillik yolu barədə məlumat verilib

Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib

Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclasının yekunları ilə bağlı mətbuat konfransı

Orxan Məmmədov: COP29 fonunda bizneslərin yaşıl transformasiyası mühüm əhəmiyyət kəsb edir

Çin “Şencou-18” kosmik missiyasını uğurla orbitə çıxarıb VİDEO

Akademik Zərifə Əliyevanın 101 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Azərbaycan ilə Qazaxıstan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib VİDEO

ASK: Sahibkarlar mübahisələrin həlli ilə bağlı müddəalarda yerli arbitrajlara üstünlük verməlidirlər

Yeni layihə: “UNEC alimlərindən kitab tövsiyələri”

Ali Məclisin yaz sessiyasının növbəti plenar iclası keçirilib

Türkiyə parlamentinin komitə sədri: 2040-cı il hədəflərimizə doğru inamla irəliləyirik

Nazir müavini “Maarifçi” tələbə-məzun təcrübə proqramının iştirakçıları ilə görüşüb

“Azərkosmos” Özbəkistanda torpaqların şoranlıq dərəcəsini qiymətləndirəcək

İrakli Kobaxidze: Əminəm ki, Gürcüstan tezliklə Avropa ailəsinin tamhüquqlu üzvü olacaq

Mayın 1-dən məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başlanır

Sədr: Vəkillər Kollegiyası hüquqşünas tələbələrə ən çox dəstək göstərən hüquq təsisatıdır

Azərbaycanı UEFA Gənclər Liqasında təmsil edəcək komanda bəlli olub

“Metodist hazırlığı” müsabiqəsi üzrə qeydiyyat aparılır

ABŞ-ın həkim-cərrahı Şapur Ənsəriyə Azərbaycanın diaspor siyasəti barədə məlumat verilib

MDB dövlətləri kitabxanalarının nümayəndələri birgə layihələrlə bağlı müzakirə aparıblar

Gədəbəydə fəaliyyət göstərən bazarda ciddi nöqsanlar aşkarlanıb

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsinə münasibət bildirib

İstehlaka yararsız qida məhsulları məhv edilib

Avtoxuliqanlıq edən sürücü 10 gün müddətinə inzibati qaydada həbs olunub

Bərdədə soğan yığımına başlanılıb, qiymət keçən illə müqayisədə xeyli ucuzdur

Bakıdakı Rus evində Yelena Fabianovna Qnesinanın şərəfinə konsert təşkil olunub

Türkiyənin Ege Universitetinin professoru BDU-da coğrafi turizmlə bağlı mühazirə oxuyub

Zəngilan və Laçında birinci sinfə qəbulla bağlı alternativ qeydiyyat mərkəzləri fəaliyyət göstərəcək

Akademik Zərifə Əliyevanın şərəfli ömür yolu hər bir həkim üçün həyat və mənəviyyat məktəbidir

Şəki -Zaqatala Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 32 alternativ qeydiyyat mərkəzi yaradılıb

Nazirin birinci müavini: COP29 tədbirinin uğurla keçirilməsi üçün sahibkarların fəal iştirakı zəruridir

Bakıda Türk dövlətləri parlamentlərinin Xarici əlaqələr komitələri sədrlərinin ilk iclası keçirilib YENİLƏNİB

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyindəki məktəblərin rəhbərləri ilə görüş keçirilib

Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb

Gürcüstan prokurorluğu genişmiqyaslı transmilli cinayətin üstünü açıb

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2024-cü ilin may ayında vətəndaşların  qəbulu CƏDVƏLİ

Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı

Dövlət qulluğuna qəbul imtahanına hazırlaşanlar üçün “2000 test tapşırığı” toplusu nəşr edilib

Azərbaycanda XVI Rus dilində Respublika Olimpiadası başa çatıb

Avropa Parlamenti Gürcüstanla bağlı qətnamə qəbul edib

Bir qrup abituriyent Bakı Dövlət Universitetində

Azərbaycan Qlobal Dayanıqlı Turizm Şurasına üzv qəbul edilib

“Sərhəd” hərbi-idman oyunlarının final mərhələsinin açılış mərasimi keçirilib VİDEO

Bakıda “Kəlağayı festivalı” təşkil ediləcək

Türkiyə Çili Deputatlar Palatasının 1915-ci il hadisələri ilə bağlı qərarını qınayıb

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun xatirəsinə həsr olunmuş tədbir keçirilib

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə birinci sinfə qəbulla bağlı 11 alternativ qeydiyyat mərkəzi yaradılıb

Vəkillər Kollegiyasının sədri universitetlərdə yeni Hüquq fakültələrinin açılmasını təklif edir

Prezidentlər İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar  YENİLƏNİB VİDEO

Azərbaycan gimnastı: Bütün gücümüzlə qarşıdakı Dünya Kuboku yarışlarına hazırlaşırıq

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər  YENİLƏNİB-2 VİDEO

Karlo Marino: COP29 Azərbaycan üçün öz potensialını dünyaya nümayiş etdirmək baxımından gözəl imkandır

Nazir: Sahibkarları işğaldan azad edilmiş ərazilərdə biznes qurmağa dəvət edirik

Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzi ilə tanış olublar  YENİLƏNİB VİDEO

Nazir: Əməkhaqqı fondunun 3 dəfə, minimum əməkhaqqının 2,8 dəfə artması böyük nailiyyətdir

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının şəhər mərhələsi keçiriləcək

Azərbaycan cüdoçusu Avropa çempionatının finalına vəsiqə qazanıb

Liseylərin şagirdləri buraxılış imtahanlarında ən yüksək nəticəni əldə ediblər

“Laçında peşə öyrən!” adlı yarmarkada 40-dan çox peşə istiqaməti təqdim olunub VİDEO