İDMAN


Orxan Nuriyev: Avropa Oyunlarında yer tuta bilməsəm də, bu dəfə fərqlənməyi bacardım

Bakı, 18 may, Həsrət Mahmudova, Samirə Allahverdiyeva, AZƏRTAC

Bütün idmançılarımız kimi, mən də bu yarışda yüksək yerləri hədəfləmişdim. İki il əvvəl ölkəmizdə təşkil olunan Avropa Oyunlarında yer tuta bilməsəm də, bu yarışda fərqlənməyi bacardım.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Bakı-2017”nin qalibi, yunan-Roma güləşçisi Orxan Nuriyev (98 kq) deyib.

O bildirib ki, ən gərgin görüşü yarımfinalda özbəkistanlı rəqibi ilə olub: “Rəqibim taktiki və texniki cəhətdən güclü idi, iki dəfə mötəbər yarışlarda yer tutmuşdu. Buna baxmayaraq ona qalib gəldim. Finalda qarşılaşdığım qırğız həmkarımı isə yaxşı tanıyırdım. Müəyyən gərginlik olsa da, onu da məğlub etdim. Bu qələbə mənə iyulda keçiriləcək Qızıl Qran-Pri və avqustda təşkil olunacaq dünya çempionatı yarışlarında əlavə stimul verəcək”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.