DÜNYA


“Ostankino” teleqülləsinin 85 metrliyində açıq baxış meydançası istifadəyə verilib

Bakı, 2 avqust, AZƏRTAC

Moskvadakı "Ostankino" teleqülləsinin 85 metrliyində 10 nəfərlik açıq baxış meydançası istifadəyə verilib.

AZƏRTAC "vistanews.ru"ya istinadla xəbər verir ki, meydança 540 metrlik teleqüllənin 50 illik yubileyi şərəfinə açılıb.

Açıq baxış meydançası "texniki marşrut" ekskursiyasına daxil edilib ki, o da ziyarətçiləri "Ostankino" teleqülləsinin iş mexanizmi ilə tanış edir. Arzu edənlər meydançada havanın temperaturunu təyin edən və küləyin sürətini ölçən meteoroloji avadanlıqlarla tanış ola, eyni zamanda, Moskvanın şimal hissəsinin mənzərəsini, o cümlədən Nəbatat bağı və "Moskva-Siti" işgüzar mərkəzini seyr edə biləcəklər. Hər bir turistə kaska veriləcək.

Eyni zamanda, teleqüllədə 337 metr yüksəklikdə qapalı baxış meydançası da fəaliyyət göstərir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.