CƏMİYYƏT


Osvald fon Volkenshtayn Cəmiyyətinin prezidenti Akademik Zərifə Əliyeva adına Liseydə olub

A+ A

Bakı, 14 oktyabr, AZƏRTAC

Almaniyanın Osvald fon Volkenshtayn Cəmiyyətinin prezidenti, professor Sieglinde Hartman Akademik Zərifə Əliyeva adına Liseydə olub.

Liseydən AZƏRTAC-a bildiriblər ki, bu təhsil müəssisəsinin IX, X və XI sinif şagirdləri ilə görüşdə Sieglinde Hartman Almaniya universitetlərində həyata keçirilən ingiliscə-almanca ali təhsil proqramları, dil kursları, təhsil haqqı və s. barədə ətraflı məlumat verib.

Almaniya universitetləri barədə danışan professor ən nüfuzlu universitetlər sırasında Münxen Texniki Universiteti, Heidelberq Universiteti, Münxen Universiteti, Freiburq və Bonn universitetləri və digər təhsil müəssisələrinin adlarını qeyd edib.

Sonra qonaq məktəbliləri maraqlandıran sualları cavablandırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.