DÜNYA


Oteldə su altında istirahət

Bakı, 4 iyul, AZƏRTAC

Zənzibar arxipelaqında, Pemba adası sahilləri yaxınlığındakı sularda quraşdırılan kiçik ev turistlərin sevimli istirahət yerinə çevrilib.

AZƏRTAC “novate.ru” saytına istinadla bildirir ki, bu orijinal ev qeyri-standart yanaşmaları ilə seçilən İsveçin “Gemberg” şirkətinin layihəsi əsasında hazırlanıb.

Turistləri əsas cəlb edən evin sualtı otağıdır. Evin yuxarı hissəsində qonaq və vanna otaqları, eləcə də mətbəx yerləşdirilib.

Otelin yataq otağı isə “su altında” qalıb. Burada eksklüziv istirahət heç də ucuz başa gəlmir. Belə ki, 2 sutkalıq sualtı istirahət 2000 dollaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.