REGİONLAR


Ötən 20 ildə kənd təsərrüfatı məhsulları istehsalı 2,4 dəfə artıb

Bakı, 20 may, AZƏRTAC

Azərbaycanda aqrar islahatların birinci mərhələsinin başlamasından ötən 20 illik dövrdə kənd təsərrüfatı məhsulları istehsalı sahəsi bütövlükdə 2,4 dəfə, o cümlədən bitkiçilik sahəsi 2,3 dəfə, heyvandarlıq sahəsi isə 2,5 dəfə artıb.

Kənd Təsərrüfatı Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, 1996-2016-cı illər ərzində taxıl istehsalı 1 milyon 18 min tondan 3 milyon 65 min tona (3 dəfə artım), kartof istehsalı 214,6 min tondan 902,4 min tona (4,2 dəfə artım), tərəvəz istehsalı 570 min tondan 1 milyon 269 min tona (2,2 dəfə artım), bostan məhsulları 52 min tondan 464,5 min tona (9 dəfə artım), ət istehsalı 115,7 min tondan 303,8 min tona (2,6 dəfə artım), süd istehsalı 843,3 min tondan 2 milyon 9 min tona (2,4 dəfə artım), yumurta istehsalı 477 milyon ədəddən 1,6 milyard ədədə (3,4 dəfə artım) çatıb.

Aqrar sahədə istehsal potensialının gücləndirilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər hesabına ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsi də əsaslı şəkildə yüksəlib. Əgər Azərbaycan dövlət müstəqilliyini əldə etdiyi vaxt ət və süd məhsulları ilə ölkənin özünütəminat səviyyəsi təqribən 30-35 faiz təşkil edirdisə, hazırda bu məhsullar üzrə özünütəminat səviyyəsi müvafiq olaraq 94 və 88 faizə qədər artıb. Həmin dövrdə ölkənin kartofa olan tələbatının ödənilməsində idxal böyük paya malik idisə, hazırda özünütəminetmə səviyyəsi 86 faizdir. Üstəlik hazırda hər il təqribən 40 min tondan çox təzə kartof ixrac olunur. Bütün növ tərəvəz ilə özünütəminetmə səviyyəsi 96 faiz, meyvə və giləmeyvə üzrə isə 122 faiz təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.