İQTİSADİYYAT


Ötən 5 ayda kompüter və elektron məhsullarının istehsalı 72,1 faiz artıb

Bakı, 17 iyun, AZƏRTAC

2017-ci ilin yanvar-may aylarında kompüter və elektron məhsullarının, elektrik avadanlıqlarının istehsalı sahələrində 75,2 milyon manatlıq məhsul istehsal olunub, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 72,1 faiz, elektrik avadanlıqlarının istehsalı isə 2,1 dəfə artıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, beş ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazın məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 17,0 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 2,4 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 41,5 faiz artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.