İQTİSADİYYAT
Ötən 6 ayda kompüter və elektron məhsulların istehsalı 75,7 faiz artıb VİDEO
Bakı, 22 iyul, AZƏRTAC
2017-ci ilin yanvar-iyun aylarında kompüter və elektron məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 100,2 milyon manatlıq məhsul istehsal olunub. Əvvəlki ilin yanvar-iyun ayları ilə müqayisədə kompüter və elektron məhsullarının istehsalı 75,7 faiz, elektrik avadanlıqlarının istehsalı isə 84,2 faiz artıb.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, altı ay ərzində əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə maye və qazların məsrəfinin və ya səviyyəsinin ölçülməsi üçün cihazların istehsalı 22,3 faiz, elektrik paylayıcı və nəzarət cihazlarının hissələrinin istehsalı 1,9 dəfə, 1000 V-dək gərginlik üçün hesablanmış elektrik cərəyanı naqillərinin istehsalı 29,0 faiz artıb.