REGİONLAR


Ötən ay 20 əcnəbi Naxçıvanda qanunvericiliyin tələblərini pozub

Naxçıvan, 7 iyun, AZƏRTAC

Bu ilin may ayı ərzində Naxçıvan Muxtar Respublikasının Dövlət Miqrasiya Xidməti miqrasiya proseslərinə dövlət nəzarətinin gücləndirilməsi, idarə edilməsi və tənzimlənməsi, o cümlədən qanunsuz miqrasiyanın qarşısının alınması istiqamətində müvafiq tədbirlər həyata keçirib.

Naxçıvan Muxtar Respublikası Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, ötən ay Dövlət Miqrasiya Xidməti tərəfindən muxtar respublikada olma, müvəqqəti yaşama, habelə əmək fəaliyyəti ilə məşğul olma qaydalarına əməl etmədən mövcud qanunvericiliyin tələblərinin pozulması üzrə 20 əcnəbi aşkarlanıb. Bunlardan 16 nəfəri barədə Azərbaycan Respublikası ərazisini 48 saat ərzində tərketmə, 3 nəfəri barədə inzibati qaydada ölkə hüdudlarından kənara çıxarılma qərarı qəbul edilib. Bir əcnəbinin isə ölkə ərazisində yaşaması leqallaşdırılıb.

Ümumilikdə, ay ərzində Dövlət Miqrasiya Xidmətinə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, habelə Azərbaycan Respublikası vətəndaşları tərəfindən 918 müraciət daxil olub. Daxil olmuş müraciətlərdən 82-si əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin müvəqqəti olma müddətinin uzadılması, müvəqqəti yaşamaq üçün icazənin verilməsi, əmək fəaliyyətinin həyata keçirilməsi üçün iş icazəsinin verilməsi, eləcə də vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi ilə bağlıdır.

Müraciətlərin hər biri ayrı-ayrılıqda Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılıb və müvafiq qərarlar qəbul edilib. Ötən ay olduğu yer üzrə qeydiyyatla bağlı xidmət tərəfindən 836 müraciət qeydə alınaraq icrası təmin olunub. Həmin müraciətlərin 240-ı xidmətin sərhəd-buraxılış məntəqələrində fəaliyyət göstərən bölmələri tərəfindən qəbul və icra edilib.

AZƏRTAC–ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.