İQTİSADİYYAT


Ötən ay 69 710 avtonəqliyyat vasitəsi icbari sığorta üzrə qeydiyyata alınıb

A+ A

Bakı, 4 oktyabr, AZƏRTAC

Sentyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 69 710 müqavilə qeydiyyata alınıb.

İSB-dən AZƏRTAC-a bildiriblər ki, onlardan 10 625-i xarici ölkələrdə qeydiyyata alınıb və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələridir. Sentyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 5,7 milyon manata yaxın olub. Ötən ilin sentyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 3 faiz, sığorta haqlarının məbləğində isə 2,0 faiz artım müşahidə edilib.

Sentyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği əvvəlki ayla müqayisədə 2,7 faiz artaraq 81,4 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.