İQTİSADİYYAT


Ötən ay 80 minədək avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub

A+ A

Bakı, 1 noyabr, AZƏRTAC

Cari ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) informasiya sistemində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 79 min 683 müqavilə qeydiyyata alınıb.

İSB-dan AZƏRTAC-a bildirilib ki, bunların 9 min 975-i xarici ölkədə qeydiyyata alınıb və Azərbaycan Respublikasına tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Oktyabr ayı ərzində standart və sərhəd sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,5 milyon manatdan çox olub.

Hesabat ayında 2015-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta müqavilələrinin sayında 1,5 faiz, sığorta haqlarının məbləğində isə 1 faiz azalma müşahidə edilib.

Oktyabr ayında avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə orta sığorta haqqı məbləği cari ilin sentyabr ayı ilə müqayisədə 1,2 faiz artaraq 82,4 manat təşkil edib.

Bu ilin yanvar-oktyabr ayları ərzində avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə 870 min 47 sığorta müqaviləsi bağlanılıb. Bağlanılan müqavilələr üzrə sığorta haqları 69,6 milyon manat təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta müqavilələrinin sayında 5,2 faiz, sığorta haqlarının məbləğində isə 7 faiz artım müşahidə olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.