İQTİSADİYYAT
Ötən ay Azərbaycan dünya bazarlarına 83 min 334 ton dizel yanacağı ixrac edib
Bakı, 2 oktyabr (AZƏRTAC). Sentyabrda Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin marketinq və iqtisadi əməliyyatlar idarəsi tərəfindən dünya bazarlarına 8 min 534 ton avtomobil benzini, 83 min 334 ton dizel yanacağı, 19 min 174 ton təyyarə yanacağı və 72 min 889 ton vakuum qazoylu ixrac edilib.
Bu barədə AZƏRTAC-a Dövlət Neft Şirkətinin mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, ümumilikdə yanvar-sentyabr aylarında Azərbaycandan 9 min 280 ton avtomobil benzini, 712 min 941 ton dizel yanacağı, 138 min 889 ton təyyarə yanacağı, 417 ton soba mazutu və 358 min 772 ton vakuum qazoylu ixrac olunub. Ötən ay dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) 906,31 dollar, təyyarə yanacağının qiyməti 882,59 dollar, dizel yanacağının qiyməti 826,08 dollar, kükürdlü mazutun qiyməti isə 567,01 dollar təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]