İQTİSADİYYAT


Ötən ay BTC kəməri ilə təxminən 2,1 milyon ton Azərbaycan nefti nəql olunub

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC 

Cari ilin sentyabr ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə 2 milyon 55 min 791 ton Azərbaycan nefti nəql edilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu ilin yanvar-sentyabr aylarında bu kəmərlə 22 milyon 43 min 322 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il oktyabr ayının 1-dək BTC-yə 314 milyon 915 min 856 ton neft vurulub.

Bundan başqa, cari ilin sentyabr ayında BTC kəməri ilə 374 min 160 ton Türkmənistan nefti nəql olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.