İQTİSADİYYAT


Ötən ay Ceyhan limanından 2,3 milyon tondan çox Azərbaycan nefti dünya bazarına çıxarılıb

A+ A

Bakı, 6 dekabr, AZƏRTAC

Cari ilin noyabr ayı ərzində 2 milyon 345 min 740 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 528 min 526 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Bu ilin yanvar-noyabr aylarında Ceyhan limanından ixrac olunan neftin həcmi isə 26 milyon 753 min 98 ton olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən cari il dekabr ayının 1-dək Ceyhan limanından 317 milyon 946 min 870 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.