İQTİSADİYYAT


Ötən ay Ceyhan limanından 2,5 milyon tonadək Azərbaycan nefti dünya bazarına çıxarılıb

A+ A

Bakı, 7 noyabr, AZƏRTAC 

Cari ilin oktyabr ayı ərzində 2 milyon 493 min 679 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarına çıxarılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu həcmin 1 milyon 669 min 744 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) nefti təşkil edib. Cari ilin yanvar-oktyabr aylarında isə Ceyhan limanından ixrac edilən neftin həcmi 24 milyon 634 min 564 ton olub.

Ümumiyyətlə, Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) istismara verilən gündən bu il noyabr ayının 1-ə qədər Ceyhan limanından 315 milyon 828 min 336 ton Azərbaycan nefti dünya bazarına yola salınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.