İQTİSADİYYAT


Ötən ay SOCAR-ın təbii qaz hasilatı 530,9 milyon kubmetr olub

A+ A

Bakı, 10 avqust, Nihad Budaqov, AZƏRTAC

İyulda SOCAR-ın təbii qaz hasilatı 530,9 milyon kubmetr olub. Keçən ay ölkə üzrə qaz istehsalı isə 2 milyard 542,9 milyon kubmetr təşkil edib.

Bu barədə AZƏRTAC-a SOCAR-dan məlumat verilib.

Bu ilin ilk 7 ayında SOCAR üzrə 3 milyard 693,3 milyon kubmetr, Azərbaycanda isə ümumilikdə 17 milyard 480,9 milyon kubmetr qaz hasil olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.