REGİONLAR


Ötən ay muxtar respublikada 486 daşınmaz əmlak obyekti qeydiyyata alınıb

A+ A

Naxçıvan, 18 avqust, AZƏRTAC

Daşınmaz əmlakın hüquqi ekspertizası və reyestrinin aparılması sahəsində görülən işlərin nəticəsi olaraq ötən ay muxtar respublika üzrə 486 daşınmaz əmlak obyekti qeydiyyata alınıb, 437 texniki sənəd hazırlanıb.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, bu dövrdə Şərur rayonunun Sərxanlı, Ordubad rayonunun Ələhi və Behrud, Şahbuz rayonunun Güney Qışlaq, Babək rayonunun Yuxarı Uzunoba, Kəngərli rayonunun Xıncab, Culfa rayonunun Əlincə, Sədərək rayonunun Sədərək kəndlərində vətəndaşlara səyyar xidmətlər göstərilib.

Muxtar respublikada ilkin qeydiyyat, bölünmə və birləşmə nəticəsində yaranan 78 yeni daşınmaz əmlak obyektinə ünvanlar verilib və ünvan xəritələrində qeydiyyatı aparılıb. Naxçıvan şəhərinin 1, 2, 3 və 4 nömrəli sahə inzibati ərazi dairələrinin, Şahbuz rayonunun Ayrınc, Babək rayonunun Göynük və Nəhəcir kəndlərinin inzibati ərazi dairələrinin və ərazi vahidlərinin xəritələri hazırlanıb. Həmçinin Babək rayonunun Yuxarı Uzunoba və Şıxmahmud bələdiyyələrinin sərhəd xəritələrinə dair müvafiq yerquruluşu sənədləri elektron variantda hazırlanıb və torpaqların növləri üzrə uçotu aparılıb. Ordubad rayonunun Vənənd, Vələver, Yuxarı Əndəmic və Yuxarı Əylis bələdiyyələrinin mövcud mülkiyyət növləri üzrə torpaq sahələrinin elektron torpaq kadastr xəritələrinin hazırlanması və uçotu həyata keçirilib.

“Naxçıvan Muxtar Respublikasının fövqəladə hallar atlası”nın hazırlanması ilə əlaqədar muxtar respublikanın rayonları və Naxçıvan şəhəri üzrə əhalinin məskunlaşmasını, illər üzrə təbii və miqrasiya artımını əks etdirən xəritələr hazırlanaraq aidiyyəti üzrə təqdim edilib. Qədim Gilan şəhərinin topoqrafik planı hazırlanıb, “Dədə Qorqud yurdu Naxçıvan” tarixi və etnoqrafik atlasının hazırlanması ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən təqdim olunan materialların xəritə üzərinə köçürülməsi işlərinə başlanılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.