REGİONLAR


Ötən ay muxtar respublikada dəmir yolu nəqliyyatında 6540 ton yük daşınıb

Naxçıvan, 10 avqust, AZƏRTAC

İyul ayında muxtar respublikada dəmir yolu nəqliyyatı ilə Naxçıvan ərazisindəki ayrı-ayrı tikinti təşkilatlarının ünvanına 6 min 540 ton müxtəlif təyinatlı yük daşınıb, 11 min 873 sərnişin dəmir yolu nəqliyyatından istifadə edib.

“Naxçıvan Dəmir Yolları” Məhdud Məsuliyyətli Cəmiyyətinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən ay Culfa Lokomotiv Deposunda elektrovozlar 5 dəfə texniki baxışdan keçirilib, 1 lokomotiv isə cari təmir olunub. Culfa İstismar Vaqon Deposunda isə 21 müxtəliftipli vaqon cari təmir edilib. İnfrastruktur İdarəsinin xidməti ərazisində baş və stansiya yollarına baxış keçirilib, yağış və leysan sularının maneəsiz ötürülməsi üçün süni tikililər, küvetlər və yol yataqları torpaq, çınqıl, daş və tullantılardan təmizlənib. Texniki İnzibati Binaların Təmir-Tikinti İdarəsi tərəfindən iyul ayında Ordubad dəmiryol sərnişin vağzalı, eləcə də Yol Sahəsinin inzibati binalarında və 4 nömrəli yol məntəqəsində aparılan yenidənqurma, Ordubad Yol Sahəsinin yardımçı binalarında, Ordubad İdarəetmə Mərkəzində və Naxçıvançay Təhlükəsizlik Komandasının inzibati binasında aparılan əsaslı təmir işləri və Culfa stansiyasında müasir tələblərə cavab verən yeni İstismar Vaqon Deposunun tikintisi davam etdirilib.

Həyata keçirilən ardıcıl tədbirlər növbəti aylarda da dəmir yolu nəqliyyatından istifadə edən sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.