Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Ötən ay muxtar respublikada növbəti dəfə möhtəşəm nailiyyətlərin şahidi olduq
Bütün bunlar Qurtuluş Gününün bəhrələri, Ulu Öndərin yolunun uğurla davam etdirilməsinin nəticəsidir

Naxçıvan, 10 iyul, Rauf Əliyev, AZƏRTAC

Ötən ay ölkəmiz və onun Naxçıvan Muxtar Respublikası üçün əlamətdar hadisələrlə yadda qaldı. Hər il olduğu kimi, bu il də 15 İyun – Milli Qurtuluş Günü böyük təntənə ilə qeyd olundu. Milli Qurtuluş Günü ölkəmizin bəlalardan xilas olduğu, vətəndaş müharibəsinin ağır fəsadlarından qurtulduğu, milli dövlətçiliyimizin gələcəyinin qorunduğu gün kimi daim xatırlanır.

Tarixinin çiçəklənmə, intibah dövrünü yaşayan Naxçıvanın 20 illik inkişaf tarixi Heydər Əliyev yolunun uğurla davam etdirilməsi nəticəsində şərəfli salnaməyə çevrilib. Ümummilli Lider mədəniyyətin, incəsənətin inkişafına da xüsusi diqqət yetirir, sənət adamlarına böyük qayğı və hörmətlə yanaşır, onlara, sözün əsl mənasında, hamilik edirdi. “Teatr müqəddəs yerdir, tərbiyə ocağıdır, orada çalışanlar fədakardırlar”, – deyən Ulu Öndər xalqımızın zəngin yaradıcılıq ənənələrinə malik olan teatr sənətinə yüksək qiymət verir, onun inkişafı üçün əlindən gələni əsirgəmirdi. Heydər Əliyev yolunun davamçıları son 20 ildə muxtar respublikada həm də teatr sənətinin inkişafını təmin etdilər. Bu gün Naxçıvan teatrları dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə xidmət edən yüksək sənət əsərlərini səhnələşdirir, milli dəyərlərin qorunması və gələcək nəsillərə çatdırılması, eləcə də tariximizin yaşadılması sahəsində şərəfli vəzifəni layiqincə yerinə yetirirlər.

İyunun 15-də – Milli Qurtuluş Günündə Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında İftixar Piriyevin “Qurtuluş dastanı” epik tarixi dramı əsasında hazırlanmış eyniadlı tamaşanın yüksək səviyyədə təqdim olunması da bunun bariz nümunəsidir.

Həmin gün Naxçıvan şəhərindəki muxtar respublika stadionunda Milli Qurtuluş Günü münasibətilə bayram konserti təşkil olundu. İyunun 15-də muxtar respublikanın rayon mərkəzlərində də bayram konsertləri oldu, el şənlikləri keçirildi. Yüksək bayram əhval-ruhiyyəsində keçən bu tədbirlər naxçıvanlıların ölkəmizin xilaskarı ulu öndər Heydər Əliyevə sonsuz sevgisinin növbəti təzahürü idi.

Ümummilli Lider ölkəmizə qonşu olan dövlətlərlə əlaqələrin inkişafına xüsusi diqqət yetirirdi. Bu mənada qədim tarixə malik olan Azərbaycan-İran münasibətlərinin uğurlu inkişafı da dahi şəxsiyyətin adı ilə bağlıdır. Bu gün Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın qonşu vilayətləri arasındakı səmərəli əməkdaşlıq bu əlaqələrə öz töhfəsini verir. İqtisadi-ticarət, kənd təsərrüfatı, enerji, təhsil və digər sahələrdə əlaqələrin mühüm əhəmiyyəti vardır. Son illər həyata keçirilən qarşılıqlı səfərlər isə ikitərəfli münasibətlərin inkişafı üçün geniş perspektivlər açıb. Bu sahədə görülən işlərin davamı olaraq, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadənin dəvəti ilə iyunun 9-da İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayətinə səfər etdi.

Səfər çərçivəsində Ali Məclisin Sədri Şərqi Azərbaycan Vilayətinin ostandarı İsmayıl Cabbarzadə, Şərqi Azərbaycan Vilayətinin sərhəd qüvvələri komandiri Seyid Müctəba Musəvi ilə görüşüb, Təbriz Universitetinə və Təbriz Tibb Universitetinə gedərək hər iki ali təhsil müəssisəsinin tədris imkanları ilə maraqlanıb. Ali Məclis Sədrinin səfəri zamanı “Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ilə İran İslam Respublikasının Şərqi Azərbaycan Vilayəti arasında əməkdaşlığın inkişaf etdirilməsinə dair Memorandum” imzalanıb. Ali Məclisin Sədri Azərbaycan Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğuna gedib, konsulluğun əməkdaşları ilə görüşüb və onların iş şəraiti ilə maraqlanıb.

Tarixin bütün dövrlərində ölkələrin hərbi müdafiə sistemini möhkəmləndirməsi mühüm əhəmiyyət kəsb edib. İstənilən ordunun qüdrəti isə iki halda meydana çıxır. Birincisi, döyüşlərdə, ikincisi isə hərbi təlimlərdə. İyunun 10-da Əlahiddə Ümumqoşun Ordusunun gecə şəraitində taktiki təlimi keçirilib. Təlimə 600-dən çox şəxsi heyət, 110 döyüş və müxtəlif təyinatlı texnikalar, 25 reaktiv və artilleriya qurğusu, 2 döyüş vertolyotu, 4 zenit-raket qurğusu və 4 mühəndis texnikası cəlb olunub. Təlimin nəticəsi bir daha göstərdi ki, Əlahiddə Ümumqoşun Ordusunun şəxsi heyəti dağlarda müxtəlif gecə döyüş əməliyyatları həyata keçirməyə qadirdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri hərbi təlimlərin keçirilməsinin əhəmiyyətini vurğulayaraq deyib: “Ordunun döyüş qabiliyyətinin artırılmasında və hərbçilərin döyüşçü kimi yetişməsində təlimlərin mühüm rolu vardır. Keçirilən hər bir hərbi təlim şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması yolunda atılan növbəti addımdır. Bu gün torpaqlarımız işğal altındadır, ölkəmiz isə müharibə şəraitində yaşayır. Bu da ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlərin, xüsusilə hərbi təlimlərin mütəmadi keçirilməsini, hərbi hissə və birləşmələrin döyüş qabiliyyətinin yüksəldilməsini zəruri edir. Ordunun gücü xidmət edən şəxsi heyətin ruh yüksəkliyindən asılıdır. Bugünkü hərbi təlimdə iştirak edən əsgər və zabitlərin qarşıya qoyulan tapşırıqları uğurla yerinə yetirməsi də onların döyüş hazırlığı ilə yanaşı, həm də ruh yüksəkliyini və vətənpərvərliyini bir daha nümayiş etdirdi”.

Bu gün regionda və dünyada yaranmış ümumi vəziyyət ordu quruculuğu prosesini daim diqqət mərkəzində saxlamağı, dövlətçiliyə sədaqətli, mənəvi-psixoloji hazırlığa malik peşəkar hərbçi kadrların hazırlanmasına diqqətin artırılmasını tələb edir. Bu mənada Heydər Əliyev adına Hərbi Lisey respublika səviyyəsində xüsusilə seçilir. Dövlət başçısının diqqət və qayğısı ilə Hərbi Lisey qısa zamanda böyük inkişaf yolu keçib. Bu gün burada nümunəvi hərbi tədris şəhərciyi yaradılıb, kursantların təhsili, sağlamlığı və fiziki tərbiyəsi üçün lazım olan bütün tədbirlər görülüb. Hərbi Lisey ötən dövrdə tədris və tərbiyə sahəsində mühüm nailiyyətlər əldə edib. Bu gün fəxrlə deyə bilərik ki, təhsil ocağı qısa zaman ərzində Azərbaycan, hətta Cənubi Qafqaz regionu səviyyəsində çox böyük uğurlara imza atıb. İyunun 17-də Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının 2015-ci il buraxılışı münasibətilə keçirilən tədbirdə qeyd olunan faktlar da belə deməyə əsas verir.

Fəaliyyətə 56 kursantla başlayan lisey bu gün gəncləri öz ətrafında birləşdirən mötəbər hərbi tədris müəssisəsidir. Ötən dövrdə Hərbi Liseyi bitirən kursantlardan 2072-si ali hərbi məktəblərə qəbul olunub. Liseyin minə yaxın məzunu Azərbaycan Respublikası Silahlı Qüvvələrində zabit kimi xidmətlərini uğurla davam etdirir.

Bu gün enerji təhlükəsizliyinin tam təmin olunması qarşıda duran əsas vəzifələrdən biridir. 24 ildir blokada vəziyyətində saxlanılan muxtar respublikamızda bu məsələ öz həllini tapıb. Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin balansında olan 7 elektrik stansiyasından 6-sı son 20 ildə istismara verilib.

Muxtar respublikada bu istiqamətdə işlər davam etdirilir. İyunun 19-da müasir texniki imkanlara malik Kəngərli Rayon Elektrik Şəbəkəsinin inzibati binasının və “Qıvraq” yarımstansiyasının istifadəyə verilməsi münasibətilə keçirilən açılış tədbirində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu barədə danışaraq deyib: “...Bu gün muxtar respublikada istehsal olunan elektrik enerjisi daxili tələbatı ödəməklə yanaşı, həm də ixrac potensialı yaradır. Vaxtilə muxtar respublikada elektrik enerjisinin paylanması fasilələrlə həyata keçirilirdi. Lakin bu gün bütün yaşayış məntəqələri fasiləsiz elektrik enerjisi ilə təmin olunmuşdur. Muxtar respublikada il ərzində istehsal olunan elektrik enerjisinin çox hissəsi bərpa olunan enerji mənbələri, yəni su elektrik stansiyaları hesabına ödənilir. Bu da elektroenergetikanın inkişafı sahəsində qazanılan ən mühüm nailiyyətlərdən biridir. Hazırda yeni Günəş elektrik stansiyası qurulur. Bütün bunlar muxtar respublikada gələcək tələbat da nəzərə alınmaqla uzun müddət elektrik enerjisi təminatının daxili istehsal hesabına ödənilməsinə imkan verəcəkdir”.

Qıvraq qəsəbəsində elektrik enerjisinin verilişi vaxtilə ərazidəki nasos stansiyaları üçün qurulan yarımstansiya vasitəsilə həyata keçirilirdi. Bu yarımstansiyadakı yüksək gərginlikli transformatorlardan istifadə elektrik enerjisinin paylanmasında israfçılığa səbəb olurdu. Rayonda elektrik enerjisinə olan maksimum tələbat 4-5 meqavatdır. Eyni zamanda ərazidə pərakəndə formada çəkilən elektrik xətləri də enerjinin paylanmasında itkilərə yol verirdi. Bütün bu amillər nəzərə alınaraq ərazidə yeni yarımstansiyanın qurulmasına başlanılıb, elektrik verilişi xətləri dəyişdirilib, 25 və 10 meqavatlıq 2 transformator quraşdırılıb. Bu da Kəngərli rayonunun ərazisində elektrik enerjisi verilişinin keyfiyyətlə həyata keçirilməsinə imkan verəcəkdir.

Enerji təhlükəsizliyinin təmin edilməsi ilə yanaşı, muxtar respublikada strateji məhsul sayılan taxıl məhsullarına olan tələbatın daxili imkanlar hesabına ödənilməsi məqsədilə də kompleks tədbirlər həyata keçirilir. “Kənd təsərrüfatı ili”ndə muxtar respublikada aqrar sahədə görülən tədbirlərin əhatə dairəsi xeyli genişləndirilib. Yeni texnikaların gətirilməsi, meliorasiya və irriqasiya tədbirlərinin həyata keçirilməsi, əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilməsi, məhsuldarlığın yüksəldilməsi üçün aqrotexniki tədbirlərin aparılması hesabına hər il bir öncəki ilə görə daha çox taxıl məhsulu əldə olunur. Bu il də əsas ərzaq məhsulu olan taxıl əkini sahələrinin artırılması istiqamətində işlər aparılıb, 2015-ci ilin məhsulu üçün 36 min hektardan artıq sahədə taxıl əkilib. Əkin zamanı keyfiyyətli və məhsuldar toxum sortlarından istifadə edilib, sahələrdə vaxtlı-vaxtında suvarma və aqrotexniki qulluq işləri görülüb. Hazırda muxtar respublikada taxıl biçini həyata keçirilir.

İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Bərəkət” Toxumçuluq Təsərrüfatının Kəngərli rayonunun Böyükdüz kəndindəki taxıl əkini sahəsinə gəlib, taxıl biçininin gedişi ilə maraqlanıb.

Bu gün sənayedə olduğu kimi, kənd təsərrüfatında da innovasiyaların tətbiqinin təşviq edilməsi əsas vəzifə kimi qarşımızda dayanır. Suvarma və əkin üsullarının, qabaqcıl təcrübənin kənd təsərrüfatında tətbiqinə diqqət göstərilməsi ümumi daxili məhsul istehsalında kənd təsərrüfatının payının artırılmasına əsaslı təsir göstərir. Böyükdüz kəndi ərazisində yeni suvarma sistemlərinin qurulması və ərazidə meliorativ tədbirlərin görülməsi də bu amala xidmət edir. Bunun hesabına uzun müddət əkilməyən torpaq sahələri əkin dövriyyəsinə qatılıb.

Muxtar respublikada torpaq sahələrinin su təminatının yaxşılaşdırılması və rentabelli suvarma şəbəkələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər bu gün də davam etdirilir. Hazırda Kəngərli rayonunun Böyükdüz kəndi ərazisində vaxtilə mövcud olmuş yeraltı suvarma şəbəkəsi bərpa olunur. İyunun 24-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yeraltı suvarma şəbəkəsinə baxıb.

Bu gün qədim diyarda gələcəyimiz olan uşaqlar diqqət və qayğı ilə əhatə olunur, buradakı uşaq bağçaları müasir binalarda fəaliyyət göstərir. Uşaq bağçaları isə təhsilin ilk pilləsi olmaqla, ailənin və cəmiyyətin maraqlarına uyğun şəkildə, uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin edir. Bu baxımdan Şahbuz Şəhər Uşaq bağçası üçün yeni bina inşa olunması bağçanın barı olan uşaqların gələcəyinin təmini baxımından əhəmiyyətlidir.

İyunun 25-də açılışı olan Şahbuz Şəhər Uşaq bağçası son illər muxtar respublikada istifadəyə verilən 17-ci məktəbəqədər təhsil müəssisəsidir. Burada 13 qrupda 242 uşaq təlim-tərbiyə alır. Bu da uşaqların gələcək məktəb illərində çətinlik çəkmədən təhsillərini davam etdirməsinə imkan verəcəkdir.

Dövlət atributlarına hörmət və ehtiram ulu öndər Heydər Əliyevin xalqımıza ən böyük əmanətidir. Bu gün müstəqil Azərbaycanın üçrəngli bayrağına ölkəmizdə və muxtar respublikada xüsusi ehtiramla yanaşılır. Bu sahədə həyata keçirilən tədbirlərin tərkib hissəsi olaraq Şahbuz şəhərində Bayraq Meydanı inşa olunur. İyunun 25-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Bayraq Meydanının inşa olunacağı əraziyə baxıb.

Şahbuz şəhərində inşa olunacaq Bayraq Meydanı, burada dalğalanacaq üçrəngli bayrağımız milli vəhdətimizin rəmzi, müstəqilliyimizin və tərəqqimizin ulduzu kimi daim parlayacaq, intibahın Naxçıvan nümunəsinin növbəti əsəri kimi gələcək nəsillərə ərməğan qalacaqdır.

Rauf Əliyev

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosunun rəhbəri

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İİTKM informasiya sistemlərini tam şəkildə “Hökumət buludu”na köçürüb

Baş prokuror paytaxtın Sabunçu rayonunda vətəndaşları qəbul edəcək

Tahir Mirkişili: Azərbaycan son dövrlərdə kiberhücumlara ən çox məruz qalan ölkələr sırasındadır

Taleh Kazımov: Azərbaycanda sığorta sisteminin İT sahəsində kadr potensialının artırılması prioritet məsələlərdəndir

Katarakta əməliyyatı zamanı ABŞ istehsalı olan linzaların xərcləri icbari tibbi sığorta ilə qarşılanır

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi keçirilir

Rusiyalı qonaq Ədəbiyyat Muzeyində olub

BMT-nin Yerli Əhalinin Problemləri üzrə Daimi Forumu keçirilir

Naxçıvanda bu ilin yanvar-mart ayları ərzində 2052 çıxarış verilib

Çempionlar Liqası: “Barselona” PSJ-ni, “Borussiya” “Atletiko Madrid”i qəbul edəcək

Hərbi təhsil müəssisələrinə qəbulla bağlı maarifləndirici görüşlər keçirilib

Avtoyuma məntəqəsindən avtomobil qaçırmaqda şübhəli bilinən şəxs saxlanılıb

Ötən illərlə müqayisədə yollarda ölüm və xəsarətlə nəticələnən qəzaların sayında kəskin azalma müşahidə edilib

İnterpol tərəfindən axtarışda olan şəxs İstanbulda saxlanılıb

Gənclər Kitabxanasında Ramiz Mirişliyə həsr olunan sərgi hazırlanıb

Qarğıdalı sahəsini dolu vurdu, 90 min manata yaxın aqrar sığorta ödənildi

Prezident İlham Əliyev Hacıqabul rayonunda Şirvan suvarma kanalının təməlini qoyub YENİLƏNƏCƏK

Fövqəladə Hallar Nazirliyi təkər satışı və təmiri mərkəzində yanğın təhlükəsini aradan qaldırıb

Çexiyada bir həftədə 1500-ə yaxın insan göy öskürəyə yoluxub

Dövlət qulluğu vəzifələri üzrə sertifikat əldə edilməsi üçün qeydiyyat başlanıb

Əmək və əhalinin sosial müdafiəsi naziri Naxçıvan şəhərində vətəndaşları qəbul edəcək

ƏÜO istismarda olan avtomobil texnikalarına texniki baxış keçirilib

Dünya birjalarında neft bahalaşıb

DİN: Xankəndidə 27 avtomat və digər silah-sursat aşkarlanıb

DİN: Qanunsuz odlu silahlar təhvil götürülüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

Cəbrayılda minalar aşkar edilib VİDEO

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Çinin ümumi daxili məhsulu 5,3 faiz artıb

Cari ilin üç ayında yol-nəqliyyat hadisələrində 33 nəfər ölüb, 72 nəfər xəsarət alıb

ADY: Dəmiryol keçidlərində sürücü diqqətsizliyi iki qəzaya səbəb olub

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qriplə allergiyanın fərqi

Naftalanda narkotik satan və alan şəxslər saxlanılıblar

Zevsin mağarası və Artemida məbədinin məkanı - Quşadası

Rusiyanın neft emalı zavodlarının PUA zərbələrinə məruz qalması neftin qiymətinə təsir edəcək

Üç ayda Qəbələdə 6,2 milyon manatlıq sənaye məhsulu ixrac olunub

“Coral Reef Watch”: Mərcan rifləri dördüncü qlobal rəngsizləşmədən əziyyət çəkirlər

İtaliyadakı G7-lərin iclasında müharibələrə son qoyulması üzrə səylər müzakirə olunacaq

Yaponiya sahillərində zəlzələ baş verib

Baş məşqçi: Gənc boksçularımızı təkmilləşdirmək niyyətindəyik

Qızıl medal qazanan boksçu: Heç bir döyüşdə çətinlik çəkmədim

Azərbaycanla Serbiya arasında strateji tərəfdaşlığın cari vəziyyəti və perspektivləri müzakirə olunub

Avropa çempionatında qızıl medal qazanan Azərbaycan boksçuları Vətənə qayıdıblar

BMT-nin Vyana bölməsində beyin inkişafının əhəmiyyətinə həsr olunmuş tədbir keçirilib

Kanadada “Türk irsi ayı” münasibətilə tədbir təşkil olunub

Miqren üçün yeni müalicə ümidi: Həb olaraq alınacaq dərman İngiltərədə istifadə olunmağa başlayır

Beynəlxalq Muğam Mərkəzində “Humayla” adlı ilk solo konsert təqdim olunacaq

Meksika mətbuatı: Qərb Ermənistan vasitəsilə Cənubi Qafqazı parçalayır

Rafael Nadal uzun fasilədən sonra tennis kortuna qayıdacaq

"Azərbaycan dili bacarıqları üzrə səviyyələrə dair tələblər” adlı metodik vəsaitin təqdimatı keçirilib

Amerika Yazıçılar Gildiyasının mükafatı təqdim edilib

Tbilisidə etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Şirvanda Zərifə xanım Əliyevanın mənalı ömür yoluna həsr olunan sərgi açılıb

Britaniyanın Baş naziri İran və İsraili təmkinli olmağa çağırıb

Antoni Blinken: İsrailin müdafiəsini dəstəkləməyə və regiondakı şəxsi heyətimizi müdafiə etməyə davam edəcəyik

Hakan Fidan Türkiyədə səfərdə olan Con Bass ilə bölgədəki son hadisələri müzakirə edib

Azərbaycanın xarici işlər naziri Özbəkistan Prezidenti ilə görüşüb

Praqada azərbaycanlı müəllifin əsərinin premyerası keçirilib

Bəhruz Məhərrəmov: Sabitlik adası olmaq, təbii ki, Azərbaycanın qalibiyyətinin nəticəsidir

Sudana humanitar yardım konfransı

Çində ən böyük ticarət sərgisi olan “Kanton” işə başlayıb

Xəzər və Binəqədi rayonlarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Tbilisidə parlamentin binası önündə aksiya keçirilib

Yaylaqlara köç edəcək təsərrüfat rəhbərləri üçün mina təhlükəsizliyinə dair təlimlər keçiriləcək

Moldova Texniki Universitetinin rektoru AzTU-nun nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan və Antonio Quterreş arasında telefon danışığı olub

“COP tələbləri: İqlim dəyişikliyi və təbii fəlakətlərə qarşı müqavimət” adlı tədbir keçirilib

Azərbaycan həndbol çempionatı: “Kür” liderliyini möhkəmləndirib

AzTU nümayəndə heyəti Moldovada beynəlxalq konfransda iştirak edib

AMEA rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib

Bayram günlərində Türkiyənin tarixi məkanlarını 1,7 milyon insan ziyarət edib

Elektron Təhlükəsizlik Xidməti məktəblilər üçün maarifləndirmə tədbirləri keçirib

® “Baku Steel Company” QSC Düsseldorfda Azərbaycanı təmsil edir

Arif Əsədov: Reysi səhv saldığımız üçün Bakıya qatarın yük yerində gəlmişdik

Fransa İsrail ordusunun səsləndirdiyi məlumata düzəliş edib

QS-nin regional direktoru: UNEC öz mövqeyini əhəmiyyətli dərəcədə yaxşılaşdırır

“Özbək və Azərbaycan filologiyasının aktual məsələləri” - beynəlxalq konfrans

“Kapital Bank”dan mükafatlarla dolu “50 gün, 50 hədiyyə” lotereyası

“Beynəlxalq humanitar əməliyyatlarda iştirakın hüquqi əsasları və etik normalar” mövzusunda kurs keçirilib

“Barselona”nın futbolçusu: Xəyallarımın komandasında olduğuma görə xoşbəxtəm

Yaponiyalı alimlər ağız gigiyenası ilə ürək arasında əlaqə aşkarlayıb

Cenevrədə Beynəlxalq Novruz Gününə həsr edilmiş tədbir keçirilib

Rafael Nadal Barselonada keçiriləcək turnirdə iştirakını təsdiqləyib

Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsinin vakansiya seçimi mərhələsi başlanır

Xorvatiyada keçirilən simpoziumda Azərbaycanın azad edilmiş ərazilərində mövcud mina problemindən danışılıb

İmişlidə iki nəfərin elektrik cərəyanı vurması nəticəsində ölməsi ilə bağlı cinayət işi başlanılıb

Qırğız parlamentinin sədri uşaqlara ərəb adları qoymaqdan imtina etməyə çağırıb

Azərbaycanın sosial sahədə e-xidmətləri qabaqcıl rəqəmsal təcrübə kimi təqdim edilib

Gürcü ekspert: “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsi maliyyə şəffaflığını nəzərdə tutur

“Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin bərpası; hüquqi aspektlər” kitabının qırğız dilində təqdimatı keçirilib

Maştağa, Nardaran və Bilgəh qəsəbələrində yeni içməli su təchizatı infrastrukturları yaradılır

Yüksək Liqa: “Azərreyl” yarımfinalın ilk görüşündə MOİK-i məğlub edib

Bu ilin ilk rübündə informasiya və rabitə xidmətlərinin həcmi 10 faizdən çox artıb

“Paris-2024”: Oyunların açılış mərasiminin əlavə variantları açıqlanıb

Ramazan bayramında avtovağzallardan 43 mindən çox sərnişin daşınıb

MEK-də Dünya İncəsənət Gününə həsr olunmuş kitab sərgisi açılıb

Dövlət Sərhəd Xidməti Xüsusi Məktəbinin V sinfinə qəbul olmaq üçün keçirilən imtahanın nəticələri açıqlanıb

AMEA-da dahi şair Məhəmməd Füzulinin 530 illik yubileyi qeyd olunub

Olaf Şolts: Avropa bazarı Çin avtomobilləri ilə rəqabətə açıq olmalıdır