CƏMİYYƏT


Ötən ay nikaha daxil olmaq istəyən 9653 nəfər tibbi müayinədən keçirilib

Bakı, 16 may, AZƏRTAC

“Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Qanunun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktları təsdiq ilə əlaqədar 2015-ci il iyunun 1-dən nikaha daxil olmaq istəyənlər tibbi müayinədən keçirlər.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, həmin Qanun tətbiq olunandan bu il aprelin sonuna qədər 268,2 min nəfər tibbi müayinədən keçib. Təkcə aprel ayı ərzində isə 9653 nəfər müayinə olunub.

Ötən müddətdə müayinələrdən keçən cütlüklərin bəzilərində müxtəlif xarakterli infeksiyalar aşkar edilsə də, müayinədən keçən və nikaha daxil olmaq istəyənlərin sağlamlıq vəziyyəti ümumən qənaətbəxş təsir bağışlayıb. Aprel ayı ərzində müayinədən keçən 301 nəfərdə talassemiya daşıyıcılığı, 40 nəfərdə sifilis, 7 nəfərdə isə QİÇS aşkar olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.