İQTİSADİYYAT


Ötən ay vergi ödəyicilərinə xidmət strukturlarında 85 min 983 sayda xidmət göstərilib

A+ A

Bakı, 28 noyabr, AZƏRTAC

Bu ilin oktyabr ayı ərzində vergi ödəyicilərinə xidmət strukturlarında 54 min 460 nəfərə 85 min 983 sayda xidmət göstərilib. Vergilər Nazirliyinin əməkdaşları tərəfindən 19 min 467 zəng üzrə 21 min 620 sual cavablandırılıb.

Bu barədə AZƏRTAC-a nazirliyin mətbuat xidmətindən bildirilib.

Müraciətlərin 32,39 faizi vergi növləri, o cümlədən 16,74 faizi hesabatlar və onların doldurulma qaydaları, 23,32 faizi qeydiyyat, 19,86 faizi elektron xidmətlər, 4,91 faizi vergi qanunvericiliyi, 4,21 faizi isə digər məsələlər barədə olub.

Vergi ödəyicilərinin məlumatlandırılması üçün onlara 357 min 447 SMS göndərilib.

Ötən ay Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə 302 min 149 daxilolma qeydə alınıb.

Vergi ödəyicilərinə oktyabr ayında 5 min 278 “Asan İmza” sertifikatı verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.