REGİONLAR
Ötən doqquz ayda Sabirabadda 1030 nəfər işlə təmin olunub
Sabirabad, 25 oktyabr, Mahir Babayev, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti Sabirabad rayonunda əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işsiz və işaxtaranların müvafiq işlərlə təmin olunması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir.
Sabirabad Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, cari ilin 9 ayında 1711 işsiz və işaxtarandan 1030-u işlə təmin olunub. Ötən müddət ərzində 69 nəfərə müavinət ödənilib, 79 nəfərə isə işsiz statusu verilib. İşaxtaranlardan 132 nəfəri bu ilin sentyabr ayında rayonda keçirilən əmək yarmarkasında işə düzəlib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [15:42]
Sumqayıt rəssamları Şuşaya səfər ediblər
- 23.04.2024 [14:43]
Naxçıvana 30 qutu ipəkqurdu toxumu gətirilib
- 23.04.2024 [14:14]
Yerli sort qarpız növləri unudulmaqdadır - Saatlıdan reportaj FOTO
- 23.04.2024 [13:57]
Ali Məclisin komitə iclasında Nazirlər Kabinetinin hesabatı təqdim edilib
- 23.04.2024 [10:46]
“Chevrolet”lə “Tofaş” toqquşdu - 2 ölü, 2 yaralı
- 23.04.2024 [10:18]