CƏMİYYƏT
Ötən gün baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb
Bakı, 18 avqust, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən qeydə alınmış 84 cinayət faktından 30-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 20 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 8 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 9 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 42 nəfər tutulub.