CƏMİYYƏT
Ötən gün baş vermiş altı yol-nəqliyyat hadisəsi nəticəsində 1 nəfər ölüb, 22 nəfər yaralanıb
Bakı, 7 sentyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 70 cinayət faktı qeydə alınıb. Onların da 24-nün üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 22 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 6 yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, 22 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 43 nəfər tutulub.