CƏMİYYƏT


Ötən gün baş vermiş səkkiz yol-nəqliyyat  hadisəsi nəticəsində üç nəfər ölüb

Bakı, 21 iyul, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 102 cinayət faktı qeydə alınıb. Onların da 21-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş səkkiz yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər ölüb, doqquz nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 13, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.