CƏMİYYƏT


Ötən gün baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində iki nəfər ölüb

A+ A

Bakı, 8 sentyabr, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 86 cinayət faktı qeydə alınıb. Onların 28-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 25 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş üç yol-nəqliyyat hadisəsi nəticəsində 2 nəfər ölüb, 5 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 18 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 56 nəfər tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.