CƏMİYYƏT


Ötən gün baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində üç nəfər ölüb

A+ A

Bakı, 30 avqust, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 74 cinayət faktı qeydə alınıb. Onların 21-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 17 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında səkkiz yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 3 nəfər ölüb, 11 nəfər isə yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 9, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 35 nəfər tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.