CƏMİYYƏT
Ötən gün baş vermiş yol-nəqliyyat hadisələri nəticəsində üç nəfər ölüb
Bakı, 19 sentyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 57 cinayət faktı qeydə alınıb. Onların 17-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 3 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb, 5 nəfər isə xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 7 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 17 nəfər tutulub.