CƏMİYYƏT
Ötən gün qeydə alınan 69 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb
Bakı, 26 sentyabr (AZƏRTAC). Sentyabrın 25-də respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 69 cinayət faktından 28-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 26 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 5 yol-nəqliyyat hadisəsi nəticəsində 6 nəfər ölüb, 2 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 40 nəfər tutulub.