CƏMİYYƏT
Ötən gün qeydə alınmış 75 cinayət faktından 19-nun üstü “isti izlər”lə açılıb
Bakı, 13 oktyabr, AZƏRTAC
Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 75 cinayət faktı qeydə alınıb. Onların 19-nun üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 14 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında baş vermiş 5 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyənləşdirilib.
Cinayət törətdiklərinə görə 36 nəfər tutulub.