CƏMİYYƏT


Ötən gün respublikanın avtomobil yollarında iki yol-nəqliyyat hadisəsi baş verib VİDEO

A+ A

Bakı, 8 oktyabr, AZƏRTAC

Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 76 cinayət faktı qeydə alınıb. Onların 17-nin üstü “isti izlər”lə açılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 35 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında baş vermiş iki yol-nəqliyyat hadisəsi nəticəsində bir nəfər ölüb, bir nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklə əlaqəli 5 fakt müəyyənləşdirilib.

Cinayət törətdiklərinə görə 52 nəfər tutulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.