DÜNYA
Ötən il Aİ ölkələrində sığınacaq almaq üçün 1,3 milyon sorğu verilib
Bakı, 13 iyun, AZƏRTAC
2016-cı ildə Avropa İttifaqının 28 ölkəsində sığınacaq almaq üçün 1,29 milyon müraciət qeydiyyatdan keçib.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə Avropa Statistika Agentliyi – “Eurostat” məlumat verib. “Keçən il Avropa İttifaqı hüdudlarında sığınacaq almaq üçün 1291785 sorğu qəbul olunub. Onlardan 1235355-i ilkin sorğulardır”, - deyə agentlik qeyd edir.
Sığınacaq almaq üçün ilkin sorğular adətən mühacirlərin Avropaya gəldikləri ilk ayda verilir. Belə nəticə çıxarmaq olar ki, 1,23 milyon rəqəmi 2016-cı ildə Avropa İttifaqına gələn qeyri-leqal mühacirlərin sayını daha dəqiq əks etdirir.
Təkrar müraciətlər isə miqrasiya xidmətlərinə ilkin sorğu rədd edildikdən sonra təqdim olunur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.04.2024 [13:05]
Pakistan və İran terrorizmlə mübarizə üçün birgə plan hazırlayacaq
- 23.04.2024 [12:20]
Tailand və Qazaxıstan qarşılıqlı vizasız rejim haqqında saziş imzalayıb
- 23.04.2024 [11:56]
Dubayda innovasiyaların turizm sənayesinə təsiri müzakirə olunacaq
- 23.04.2024 [11:38]
Monqolustanda 10-cu İnnovasiya Həftəsi keçirilir
- 23.04.2024 [09:06]