MƏDƏNİYYƏT
Ötən il Azərbaycan Rəssamlar İttifaqında 41 sərgi açılıb
Bakı, 9 yanvar, AZƏRTAC
Azərbaycan Rəssamlar İttifaqı hər il olduğu kimi yola saldığımız 2016-cı ildə də müxtəlif mövzulu rəsm sərgisi və ya fotosərgilərin təşkil olunduğu məkan olmaqla yanaşı, həm də təşkilatçısı qismində çıxış edib.
AZƏRTAC xəbər verir ki, ötən il Azərbaycan Rəssamlar İttifaqında 22 fərdi, 19 ümumi olmaqla 41 sərgi açılıb. Sənət ocağı 10 fotosərgiyə və 31 rəsm sərgisinə təşkilatçılıq edib. İttifaqda 2016-cı ildə təşkil olunan sərgilər ötən illərə nisbətdə çoxluq təşkil edir. Belə ki, 2015-ci ildə İttifaqda ümumilikdə 29, 2014-cü ildə isə 26 sərgi açılıb.
Qeyd edək ki, Azərbaycan Rəssamlar İttifaqı ölkəmizin ərazisində fəaliyyət göstərən professional rəssamları və sənətşünasları birləşdirən yaradıcı könüllü-ictimai təşkilatdır. İttifaqın strukturunda Naxçıvan, Gəncə və Şəki regional şöbələri fəaliyyət göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.03.2023 [12:26]
Rəngkarlıq Muzeyində ustad dərsi - “Özünü kəşf et”
- 30.03.2023 [10:40]
“Artım”da sərgi – “Dərman aradım dərdimə”
- 29.03.2023 [15:30]
“Azərbaycanım” adlı uşaq rəsm müsabiqəsi elan olunub
- 17.03.2023 [20:07]
Rəssamlar İttifaqında Tural Anaroğlunun ilk fərdi sərgisi açılıb
- 17.03.2023 [18:51]
Tural Anaroğlu: Sərgidə 43 rəsm əsərim nümayiş olunur
- 11.03.2023 [10:25]
“Baharın rəngləri” adlı rəsm müsabiqəsinin yekun sərgiləri açılacaq
- 10.03.2023 [14:44]
Həvəskar rəssamların təsviri sənət sərgisi açılıb
- 03.03.2023 [14:39]
Bakıda “Harmoniya” adlı qrup sərgisi açılacaq
- 03.03.2023 [13:38]