İQTİSADİYYAT


Ötən il Azərbaycan Rusiyaya 106 min ton pomidor tədarük edib

A+ A

Bakı, 13 yanvar, AZƏRTAC

Ötən il Azərbaycan Rusiyaya 106 min ton pomidor tədarük edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Milli Tərəvəz və Meyvə İstehsalçıları İttifaqının məlumatında deyilir. Ötən il Rusiya bazarının əsas pomidor tədarükçüləri Azərbaycan (106 min ton) və Mərakeş (109 min ton) olub. Eyni zamanda, Rusiya İrandan 44 min ton, Belarusdan isə 38,5 min ton xiyar idxal edib.

Rusiya mütəxəssisləri hesab edirlər ki, əgər Türkiyə idxalına qoyulan qadağa 2020-ci ilə qədər davam edərsə, Rusiyada pomidor istehsalı hər il 17-20 faiz arta bilər. Xiyarın istehsal tempi az olsa da, bu sahədə inkişaf dinamikası davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.