CƏMİYYƏT


Ötən il Azərbaycana gələn əcnəbi və vətəndaşlığı olmayan şəxslərin sayı 1,1 milyondan çox olub

Bakı, 11 yanvar, AZƏRTAC

Bu gün Dövlət Miqrasiya Xidməti vahid miqrasiya məlumat sistemi vasitəsilə hər bir əcnəbinin və vətəndaşlığı olmayan şəxsin hansı tarixdə ölkəyə daxil olduğuna, harada yaşadığına, işlədiyinə və nə vaxt ölkəni tərk etdiyinə tam nəzarət edir. Belə ki, Vahid Miqrasiya Məlumat Sistemi vasitəsilə müəyyən edilib ki, 2016-cı il ərzində Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 1 milyon 143 min 951 nəfər, ölkəni tərk edənlərin sayı isə 1 milyon 137 min 351 nəfər təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyev deyib.

Firudin Nəbiyev qeyd edib ki, 2016-cı il ərzində 672 min 337 əcnəbi olduğu yer üzrə qeydiyyata alınıb, 51 min 710 nəfərə isə müvafiq yaşama icazələri verilib. Ötən il haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün müraciət etmiş əcnəbilərdən əmək miqrasiyası kvotası üzrə 9480 nəfərə iş icazəsi verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.