REGİONLAR
Ötən il Lənkəranın sitrus bağlarından 8 min tona yaxın məhsul yığılıb
Lənkəran, 5 fevral, Bağır Əliyev, AZƏRTAC
Ötən il Lənkəran rayonunda bir sıra kənd təsərrüfatı məhsulları istehsalında artım qeydə alınıb.
Rayon Statistika İdarəsindən AZƏRTAC-a bildiriblər ki, 2015-ci ildə dənli və dənli-paxlalı bitki əkinləri 1480 hektar, taxıl və çəltik əkinləri 757 hektar təşkil edib. Həmçinin 576 sahədə kartof, 5138 hektarda tərəvəz, 285 hektarda bostan bitkiləri yetişdirilib, meyvə bağları 1524 hektara çatdırılıb.
Rayonda 5115 ton kartof, 2548 ton bostan məhsulları, 17 min tondan çox meyvə, 100,7 ton yaşıl çay istehsal olunub. Subtropik meyvələr istehsalında da artım müşahidə edilib. Ötən il 8 min tona yaxın sitrus meyvəsi yığılıb ki, bu da əvvəlki ilə nisbətən 1,3 faiz çoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 25.04.2024 [17:09]
Laçında ilk dəfə “Laçında peşə öyrən!” adlı yarmarka keçirilir
- 24.04.2024 [15:52]
Naxçıvandan Türkiyəyə ilk dəfə taxıl məhsulları ixrac olunub
- 24.04.2024 [15:31]
Xaçmazdakı aqroparklarda süd məhsuldarlığında rekord nəticə qeydə alınıb
- 24.04.2024 [15:01]
Naxçıvanda “BOOKFEST” kitab sərgisi keçiriləcək
- 24.04.2024 [13:52]
Gələn aydan Şuşada elektrik avtobuslar istifadəyə veriləcək
- 24.04.2024 [12:53]