İQTİSADİYYAT


Ötən il Neft Fondunun vəsaitlərinin idarə edilməsindən 688,5 milyon dollar gəlir əldə olunub

Bakı, 12 iyun, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) vəsaitlərinin idarə edilməsindən 2016-cı ildə 688,5 milyon ABŞ dolları və yaxud 1 68,8 milyon manat məbləğində gəlir əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Neft Fondunun 2016-cı il üzrə fəaliyyəti haqqında illik hesabatında deyilir.

Bildirilir ki, 2015-ci ildə olduğu kimi 2016-cı ildə də dünya bazarında xam neftin qiymətinin aşağı olması fonunda ARDNF-in karbohidrogenlərin satışından əldə edilmiş gəlirlərində azalma müşahidə edilib, vəsaitlərin idarə edilməsindən əldə olunan gəlirlərdə isə ötən il ilə müqayisədə əhəmiyyətli artım baş verib. Hesabat ilində ARDNF-in büdcə gəlirlərinin formalaşma mənbələrini Azərbaycan Respublikasının payına düşən karbohidrogenlərin satışından əldə edilmiş gəlirlər, bonus ödənişləri, akrhesabı ödənişlər, neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlər (tranzit haqqı) və ARDNF-in vəsaitlərinin idarə edilməsindən əldə edilən gəlirlər təşkil edib. 2016-cı ilin sonuna sözügedən gəlir maddələri üzrə ARDNF-in ümumi daxilolmaları 9 milyard 410,2 milyon manat (5 milyard 891,1 milyon ABŞ dolları) təşkil edib. Fondun gəlirlərində 2015-ci il ilə müqayisədə dollar ifadəsində 23,2 faiz azalma baş verib.

“2016-cı ildə ARDNF-in vəsaitləri borc öhdəlikləri və pul bazarları alətləri, səhm, daşınmaz əmlak və qızıl portfellərində yerləşdirilib. ARDNF-in vəsaitlərinin idarə edilməsindən 2016-cı ildə 688,5 milyon ABŞ dolları və yaxud 1 68,8 milyon manat məbləğində gəlir əldə edilib. Fondun vəsaitlərinin idarə edilməsi ilə bağlı orta illik gəlirlilik göstəricisi 2 faiz, investisiya portfelinin orta illik gəlirlilik göstəricisi isə 1,92 faiz təşkil edib”, - deyə hesabatda qeyd olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.