REGİONLAR


Ötən il Salyanda 1050 nəfər işlə təmin olunub

A+ A

Salyan, 7 yanvar, Mahir Babayev, AZƏRTAC 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əmək və Məşğulluq Mərkəzinin Salyan rayon şöbəsi ötən il rayon icra hakimiyyəti, idarə, müəssisə və təşkilatlarla birlikdə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi, işsizlərin və işaxtaranların müvafiq işlə təmin olunması sahəsində məqsədyönlü tədbirlər həyata keçirib.

Rayon Məşğulluq Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, ötən il 1712 işsiz və işaxtarandan 1050-si işlə təmin olunub. Ötən müddətdə 53 nəfərə müavinət ödənilib. Yeddi nəfər isə ictimai işlərə cəlb olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.