REGİONLAR


Ötən il Şəkidə quru tütün istehsalı 632 ton artıb

Şəki, 7 yanvar, Mustafa Dadaşov, AZƏRTAC

Şəki rayonunda kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlər artıq müsbət nəticə verməkdədir. Belə ki, 2016-cı ildə rayonda quru tütün istehsalı əvvəlki illə müqayisədə 632 ton artaraq 2440 ton təşkil edib. Tütün əkini sahələri isə 2015-ci illə müqayisədə 189 hektar artırılaraq 785 hektara çatdırılıb.

Bu barədə AZƏRTAC-a şəhər icra hakimiyyətindən məlumat verilib.

Ötən il rayonun təsərrüfatlarında əsasən iki növ – “İnter Tobacco” MMC tərəfindən “Virciniya” növlü ətirli tütün, fermerlərin özləri tərəfindən isə ənənəvi sortlardan olan “İtiyarpaq” tütün növü yetişdirilib. Mövsüm ərzində plantasiyalardan 4627 ton ətirli tütün yarpağı yığılaraq qurudulmaq üçün yaş halda MMC-nin rayonda fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinə təhvil verilib. “İtiyarpaq” növlü tütün isə fermerlərin özləri tərəfindən qurudulduqdan sonra tədarük məntəqələrinə təhvil verilir və hazırda bu iş davam etdirilir.

Cari ildə də rayonda 785 hektar sahədə tütün əkini proqnozlaşdırılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.