REGİONLAR


Ötən il Tərtərdə 1972 daimi iş yeri açılıb

A+ A

Tərtər, 10 fevral, AZƏRTAC

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası, bölgələrə göstərilən dövlət qayğısı, sahibkarlığın və aqrar sahənin inkişafı ölkəmizin hər yerində, o cümlədən cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da əhalinin məşğulluğunun artmasına şərait yaradır.

Rayon statistika idarəsindən AZƏRTAC-a bildiriblər ki, 2016-cı ildə Tərtərdə 1972-si daimi olmaqla, 3478 yeni iş yeri açılıb. Daimi iş yerlərinin 226-sı yeni yaradılmış, 100-ü fəaliyyəti bərpa edilmiş, 402-si mövcud müəssisə və təşkilatların, 1244-ü isə fərdi sahibkarlıq subyektlərinin payına düşüb. Bundan başqa, ötən il 1506 nəfər müxtəlif layihələr, abadlıq və sair kimi mövsümi işlərə cəlb edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.