REGİONLAR
Ötən il Yevlaxda heyvandarlığın inkişafı üçün 651,5 min manat məbləğində kreditlər verilib
Bakı, 13 mart, AZƏRTAC
2014-cü ildə Yevlax rayonunda heyvandarlığın inkişafı üçün 651,5 min manat, bitkiçiliyin inkişafı üçün isə 5 min manat məbləğində kreditlər verilib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması məqsədilə sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvan satışı davam etdirilib və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib. Belə ki, sahibkarlara lizinq yolu ilə 40 baş damazlıq heyvan satılıb və hazırda onların sayı 60 başa çatdırılıb.
Rayonda fəaliyyət göstərən süni mayalama mütəxəssisləri tərəfindən 980 başdan yuxarı inək və düyə süni mayalandırılıb, 710 başdan çox sağlam bala alınıb.