İQTİSADİYYAT
Ötən il "PAŞA Həyat" 77,679 milyon manat həcmində sığorta haqqı toplayıb
Bakı, 16 yanvar, AZƏRTAC
Ötən il "PAŞA Həyat" tərəfindən 77,679 milyon manat həcmində sığorta haqqı toplanılıb ki, bu da 2015-ci illə müqayisədə 23,152 milyon manat və ya 42,5 faiz çox olub.
Şirkətin ictimaiyyətlə əlaqələr xidmətindən AZƏRTAC-a bildiriblər ki, bu barədə "PAŞA Həyat"ın 2016-cı il üzrə operativ məlumatlar əsasında hazırlanmış hesabatında deyilir.
Hesabat dövründə baş vermiş müxtəlif sığorta hadisələrinə görə "PAŞA Həyat" tərəfindən ödənilən sığorta ödənişlərinin həcmi 29,557 milyon manat və ya 2,8 dəfə artaraq 45,907 milyon manata çatıb.
Cari il yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 milyon manat təşkil edib. 2011-ci ilin fevral ayından fəaliyyət göstərən şirkət müştərilərə sərfəli şərtlərlə müxtəlif həyat sığortası məhsulları, o cümlədən "həyatın müddətli sığortası", "istehsalatda bədbəxt hadisələrdən icbari sığorta", "yığım tərkibli yaşam sığortası", "sağalmaz xəstəliklərdən sığorta" və digər könüllü həyat sığortası məhsulları təklif edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]