ELM VƏ TƏHSİL
Ötən il alimlərimizin 402 məqaləsi beynəlxalq jurnallarda dərc olunub
Bakı, 23 iyul, AZƏRTAC
2015-ci ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) alimlərinin “Thomson Reuters” və “Scopus” bazalarına daxil olan jurnallarda 402 elmi məqaləsi dərc olunub.
AMEA-nın Gənc Alimlər və Mütəxəssislər Şurasından AZƏRTAC-a bildiriblər ki, bu qurumun prezidentinin müvafiq sərəncamı ilə beynəlxalq jurnallarda məqalələri dərc olunan alimlər mükafatlandırılacaqlar. Bununla bağlı AMEA-nın müvafiq bölmələri tabeliklərində olan elmi müəssisələrin əməkdaşlarının ötən il “Thomson Reuters” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc olunan məqalələri barədə məlumatı akademiyanın rəyasət heyəti aparatının elm və təhsil idarəsinə təqdim ediblər. Alimlərin 2015-ci ildə “Thomson Reuters” və “Scopus” bazalarına daxil olan jurnallarda dərc edilən məqalələrinin yekun siyahısı təsdiqlənib.