İQTİSADİYYAT
Ötən il dövlət tərəfindən tikinti sektoruna 11,4 milyard manat vəsait qoyulub
Bakı, 27 aprel, Elvin Camalov, Ramiz Quliyev, AZƏRTAC
Azərbaycanda neft sektorundan sonra ən böyük sərmayə tikinti sektoruna qoyulub. 2016-cı ildə dövlət tərəfindən ayrılan 15 milyard manatın 11,4 milyard manatı tikinti sektorunun payına düşüb.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazirin müavini Əli Əhmədov əmək münasibətlərinin tənzimlənməsi və koordinasiya komissiyasının tikinti sektorunda fəaliyyət göstərən şirkətlərin nümayəndələri ilə görüşdə məlumat verib. Ə.Əhmədov bildirib ki, hökumət tikinti sektorunun inkişafına böyük önəm verir. Azərbaycanda güclü tikinti şirkətləri mövcuddur və onlar həm ölkədə, həm də xaricdə fəaliyyət göstərirlər. Ötən il 1 milyon 670 min kvadratmetr tikinti işləri aparılıb. Buraya xəstəxanalar, uşaq bağçaları, ticarət obyektləri daxildir.
Baş nazirin müavini qeyd edib ki, inşaat sektorunun inkişafı əmək bazarına da müsbət təsir göstərir. Belə ki, tikinti sahəsində 343 min nəfər işlə təmin olunub.