Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 1,2 faiz artıb
Bakı, 28 yanvar, AZƏRTAC
Ötən il əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2016-cı illə müqayisədə real ifadədə 1,2 faiz artaraq 8636,0 milyon manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildiriblər ki, hüquqi şəxslər tərəfindən əhaliyə 6258,7 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 72,5 faizini təşkil edib.
Ötən il ərzində hər bir ölkə sakini orta hesabla 887,2 manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə nominal ifadədə 76,9 manat çox müxtəlif ödənişli xidmətlərdən istifadə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.09.2026 [10:29]
Çindən 7 yeni yük lokomotivi Bakıya gətirilib
- 18.09.2026 [10:26]