CƏMİYYƏT


Ötən il ekoloji qanun pozuntularına görə 120 akt və 51 protokol tərtib olunub

Bakı, 17 yanvar, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) ətraf mühitin mühafizəsini həyata keçirən qurumları tərəfindən 2016-cı il ərzində ölkə ərazisində atmosfer havasının mühafizəsi üzrə ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb.

Nazirlikdən AZƏRTAC-a verilən məlumata görə, ETSN əməkdaşlarının apardığı araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən yol verilmiş qanun pozuntularına görə 120 akt və 51 protokol tərtib olunub. Müəyyən edilən nöqsanların aradan qaldırılması üçün isə icrası məcburi olan 24 müddətli “məcburi göstəriş” verilib. Əlli doqquz iş üzrə 42500 manat məbləğində cərimə, ətraf mühitə dəyən ziyana görə bir iş üzrə 1200 manat məbləğində iddia qaldırılıb, 1386 iş üzrə 329620,46 manat məbləğində ödəmə tətbiq edilib.

İcra qruplarına göndərilən 29 işdən 16-na, hüquq-mühafizə orqanlarına göndərilən 10 işdən 5-nə və məhkəmələrə göndərilən 2 işdən 1-nə baxılaraq müvafiq tədbir görülüb. Qalan işlər isə hazırda icraatdadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.