DÜNYA


Ötən il “iOS” və “Android” istifadəçilərinin nə qədər əlavə yükləməsi məlum olub

Bakı, 17 yanvar, AZƏRTAC

“App Store” və “Google Play” əlavələr mağazalarının 2016-cı ilin dördüncü rübünün yekunlarına görə xalis mənfəəti 8,7 milyard dollara çatıb ki, bu da illik ifadədə 67 faizlik artıma bərabərdir. Bu barədə “Sensor Tower” tədqiqat şirkətinin hesabatında deyilir.

AZƏRTAC “Macdigger” resursuna istinadən xəbər verir ki, analitiklər “Apple” və “Google” şirkətləri tərəfindən əlavələr mağazaları hesabına əldə edilən mədaxil üzrə hesabat dərc ediblər. “Apple” şirkətində illik gəlir 5,4 milyard dollar olmaqla artım 60 faiz təşkil edib, “Google”da isə mədaxil 3,3 milyard dollar, artım 82 faiz olub.

Hesabata görə, ötən ilin sonuncu rübündə 19,2 milyard əlavə yüklənib (artım 17 faiz), il ərzində, ümumilikdə istifadəçilər 80 milyarddan çox proqram quraşdırıblar.

2016-cı ildə ən çox yüklənən əlavə rəsmi “Facebook” proqramı olub. İkinci yerdə “Facebook Messenger”, üçüncüdə “WhatsApp” qərarlaşıb.

Ən gəlirli əlavələrə gəldikdə, birinci yeri “Spotify” servisinin proqram təminatı tutub. İkinci pillədə “Line”, üçüncüdə “Netflix” yer alıb. Həm bu, həm də digər reytinqə oyun proqramları daxil edilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.